Niyabətlə İrab Alan Kəlimələr

Niyabət, yəni əvəzetmə (naiblik) ilə irab alan sözlər esma-i sitte, təsniyə, cəmi müzekkər salim, cəmi müənnəs salim, əfal-i xəmse, sonu ilətli olan muzari feil və qeyri-münsərif isimlərdir. Bu sadalanan sözləri bir-bir araşdırıb niyabət ilə irabın necə alındığını görək;

Esma-i Sitte

Esma-i sitte, daha əvvəl bir neçə fərqli dərs qrupunda da qeyd edildiyi kimi, irab əlamətləri hərflərlə olan və tam iraba sahib isimlərdir. Bu isimlərin ref halı vav, nəsb halı əlif və cərr halları isə ya ilədir. 

أَبٌ حَمٌ ذُو
أَخٌ فَمٌ هَنٌ

جَاءَ أَبُو زَيْدٍ

Zeydin atası gəldi

رَأَيْتُ أَبَا زَيْدٍ

Zeydin atasını gördüm

سَلَّمْتُ عَلَى أَبِي زَيْدٍ

Zeydin atasına salam verdim

*Məsəllərdəki أَبْ "ata" sözü göründüyü kimi birinci cümlədə fail və mərfu və ref əlaməti dammədən naib vav, ikinci cümlədə məful və mənsub və nəsb əlaməti fəthadan naib əlif və üçüncü cümlədə isə hərf-i cərr ilə məcrur və cərr əlaməti isə kəsrədən naib ya hərfidir. Digərləri də bu şəkildə irab əlamətlərinə malikdirlər. Esma-i sitte'nin belə hərflərlə irab ala bilməsi üçün bir sıra xüsusiyyətləri sadalayacağıq;

*Esma-i Sitte yalnız müfrəd olaraq istifadə edildikdə tam iraba sahib olub niyabət ilə irabdan pay alır. Əgər təsniyə olarsa, təsniyələrdə bildiyimiz kimi ref halında əlif, nəsb və cərr halında isə ya ilə irablanırlar. Eyni şəkildə cəmi olurlarsa da cəmliyinə görə irabdan pay alırlar. 

-Təsniyəyə misal;

جَاءَ الْأَبَوَانِ

Ana-ata gəldi

رَأَيْتُ الْأَبَوَيْنِ

Ana-atanı gördüm

سَلَّمْتُ عَلَى الْأَبَوَيْنِ

Ana-ataya salam verdim

Esma-i Sitte Ref Nasb Cerr
Müfrəd أَبُو أَبَا أَبِي
Təsniyə الْأَبَوَانِ الْأَبَوَيْنِ الْأَبَوَيْنِ

*Esma-i Sitte mükəbbər olmalıdır, yəni ism-i təsğir sigasına girib də musəğğər olmamalıdır. Əgər ism-i təsğir sigasına girib musəğğər bir isim edilərsə, o halda irab əlamətləri hərəkə ilə olar, misallar;

جَاءَ أُبَيُّ زَيْدٍ

Zeydin balaca atası gəldi

رَأَيْتُ أُبَيَّ زَيْدٍ

Zeydin balaca atasını gördüm

سَلَّمْتُ عَلَى أُبَيِّ زَيْدٍ

Zeydin balaca atasına salam verdim

Ref Nasb Cerr
أُبَيُّ أُبَيَّ أُبَيِّ

*Esma-i Sitte əvvəlki misallardakı kimi müzaf olmalıdır, əks halda zahir hərəkələrlə irab alır, misalları;

جَاءَ أَبٌ

Bir ata gəldi

رَأَيْتُ أَبًا

Bir ata gördüm

سَلَّمْتُ عَلَى أَبٍ

Bir ataya salam verdim

Ref Nasb Cerr
أَبٌ أَبًا أَبٍ

*Esma-i Sitte mütəkəllim ya'sına müzaf olmamalıdır. Əgər belə olarsa, təqdiri irabla irablanır, misalları;

جَاءَ أَبِي

Atam gəldi

رَأَيْتُ أَبِي

Atamı gördüm

سَلَّمْتُ عَلَى أَبِي

Atama salam verdim

Ref Nasb Cerr
أَبِي أَبِي أَبِي

Esma-i Sitte'lərin hərflərlə irab ala bilməsi üçün, yəni ref əlamətinin dammədən naib vav ilə, nəsb əlamətinin fəthadan naib əlif ilə və cərr əlamətinin kəsrədən naib ya ilə ala bilməsi üçün;

  1. Təsniyə olmaması
  2. Cəmi olmaması
  3. İsm-i Təsğir sigada olmaması
  4. Müzaf olması
  5. Mütəkəllim Ya'sına Müzaf olmaması

lazımdır.

Bu sadalanan şərtlərdən başqa فَمٌ "Ağız" sözünün sonundakı mim hərfi hazf olunur;

هَذَا فُوهُ

Bu onun ağzıdır

رَأَيْتُ فَاهُ

Onun ağzını gördüm

نَظَرْتُ إِلَى فِيهِ

Onun ağzına baxdım

Ağız Ref Nasb Cerr
فَـ فُو فَا فِي

*Əgər mim hazf olunmazsa, zahir hərəkələrlə irab alır;

هَذَا فَمٌ

Bu onun ağzıdır

رَأَيْتُ فَمًا

Bir ağız gördüm

نَظَرْتُ إِلَى فَمٍ

Bir ağıza baxdım

Ağız Ref Nasb Cerr
فَمْ فَمٌ فَمًا فَمٍ

*Esma-i sitte'dən olan ذُو sözü "sahib" mənasında müzaf olaraq işlədilir. Müzafun ileyhin də sifət olmaması və cinsə dəlalət edən bir isim olmaması lazımdır, misallar;

جَاءَ ذُو عِلْمٍ

Elm sahibi gəldi

رَأَيْتُ ذَا عِلْمٍ

Elm sahibini gördüm

نَظَرْتُ إِلَى ذِي عِلْمٍ

Elm sahibinə baxdım

Sahib Ref Nasb Cerr
ذُو ذُو ذَا ذِي

Müsənna İsimlər

Hərflə irab əlamətinə malik digər isim qrupu təsniyə isimlərdir. Təsniyə isimlərin ref halı əlif ilə, nəsb və cərr halları isə ya hərfi ilə irablanır, misallar;

جَاءَ رَجُلاَنِ

İki kişi gəldi

رَأَيْتُ رَجُلَيْنِ

İki kişini gördüm

مَرَرْتُ بِرَجُلَيْنِ

İki kişiyə rast gəldim

Müfrədi Ref Nasb Cerr
رَجُلٌ رَجُلاَنِ رَجُلَيْنِ رَجُلَيْنِ

Cəmi Müzekkər Salim

Hərflə irab əlamətinə malik digər isim qrupu cəmi müzekkər salim və ona ilhak olunan ulu, işrun və qatları kimi sözlər də ref halında vav, nəsb və cərr halında isə ya hərfi ilə irablanırlar, misallar;

جَاءَ الْمُسْلِمُونَ

Müsəlman kişilər gəldi

رَأَيْتُ الْمُسْلِمِينَ

Müsəlman kişiləri gördüm

مَرَرْتُ بِالْمُسْلِمِينَ

Müsəlman kişilərə rast gəldim

Müfrədi Ref Nasb Cerr
اَلْمُسْلِمُ الْمُسْلِمُونَ الْمُسْلِمِينَ الْمُسْلِمِينَ
- عِشْرُونَ عِشْرِينَ عِشْرِينَ
- أُولُو أُولِي أُولِي

Cəmi Müənnəs Salim

Cəmi müənnəs salim olan sözlərin ref halı dammə, nəsb və cərr halı isə kəsrə ilədir, misallar;

جَاءَتِ الْمُسْلِمَاتُ

Müsəlman qadınlar gəldi

رَأَيْتُ الْمُسْلِمَاتِ

Müsəlman qadınları gördüm

مَرَرْتُ بِالْمُسْلِمَاتِ

Müsəlman qadınlara rast gəldim

Müfrədi Ref Nasb Cerr
اَلْمُسْلِمَةُ الْمُسْلِمَاتُ الْمُسْلِمَاتِ الْمُسْلِمَاتِ
كَلِمَةٌ كَلِمَاتٌ كَلِمَاتٍ كَلِمَاتٍ
سَمَاءٌ سَمَوَاتٌ سَمَوَاتٍ سَمَوَاتٍ

Əfal-i Xəmse

Ref halında nun hərfinin sabit qalması ilə, nəsb və cəzm halında isə sondakı nun hərfinin düşməsi ilə irabdan pay alan 5 muzari feil sonuna təsniyə əlifi, cəmi vavı və müxatəbə ya'sı birləşir, misallar;

Təsniyə müzekkər qayıb يَفْعَُِلَانِ
Cəmi müzekkər qayıb يَفْعَُِلُونَ
Təsniyə müzekkər qayıb və müənnəs qayıbə تَفْعَُِلَانِ
Cəmi müzekkər müxatəb تَفْعَُِلُونَ
Müfrəd müənnəs müxatəbə تَفْعَُِلِينَ

اَلْعَامِلَانِ يَعْمَلاَنِ

İki fəhlə işləyir

اَلْعَامِلَانِ لَنْ يَعْمَلاَ

İki fəhlə işləməyəcək

اَلْعَامِلَانِ لَمْ يَعْمَلاَ

İki fəhlə işləmədi

Sonu İlətili Muzari Feil

Axırında (sonunda) ilətli hərf olan muzari feil, ref halında amil-i mənəvidən dolayı bu ilət hərfi hansı hərf olursa olsun dammə ilə təqdir edilir. Nəsb halında ilət hərfi əlifdirsə təqdirən fəthə, vav və ya ya isə zahirən fəthə ilə irablanır. Cəzm halında isə bütün ilət hərfləri hazf olunur, misallar;

يَدْعُو وَ يَرْمِي وَ يَرْضَى

Dua edir və atır və razı olur

لَنْ يَدْعُوَ وَ لَنْ يَرْمِيَ وَ لَنْ يَرْضَى

Dua etməyəcək və atmayacaq və razı olmayacaq

لَمْ يَدْعُ وَ لَمْ يَرْمِ وَ لَمْ يَرْضَ

Dua etmədi və atmadı və razı olmadı

Əsli يَدْعُوُ يَرْمِيُ يَرْضَيُ
Ref يَدْعُو يَرْمِي يَرْضَى
Nasb يَدْعُوَ يَرْمِيَ يَرْضَى
Cəzm يَدْعُ يَرْمِ يَرْضَ

Cədvəldəki fellərdən ref halında olan fellərin irabı təqdirən dammə ilə, nəsb halında olan və ilət hərfi əlif olan يرضَى feilinin irabı təqdirən fəthə ilə, يدعوَ və يرميَ fellərinin irabı zahirən fəthə ilə və cəzm halında olanların isə ilət hərflərinin hazfi ilədir.

Qeyri-Münsərif İsimlər

Qeyri-münsərif isimlərin ref halı dammə, nəsb və cərr halı isə fəthə ilədir. Qeyri-münsəriflər tənvin və kəsrə qəbul etməzlər. Lakin cərr halında əlif-lamlı və ya müzaf olaraq gələrsə, cərr əlaməti kəsrə olar, misallar;

جَاءَ أَحْمَدُ

Əhməd gəldi

رَأَيْتُ أَحْمَدَ

Əhmədi gördüm

سَلَّمْتُ عَلَى أَحْمَدَ

Əhmədə salam verdim

*Lakin cərr halında əlif-lamlı və ya müzaf olaraq gələrsə, cərr əlaməti kəsrə olar, misallar;

مَرَرْتُ بِأَحْمَدِكَ

Sənin Əhmədinə rast gəldim

زُرْتُ بِالْمَسَاجِدِ

Məscidləri ziyarət etdim

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Ərəbcədə İrab › Niyabətlə İrab Alan Kəlimələr
🎓
Xoş gəldiniz! Sual soruşun!