Kəsirli Sayılar

Varlıqların hissələrini ifadə etmək üçün düzəldilən saylardır. X/Y şəklində ifadə olunan kəsrli sayılarda X payı, Y isə məxrəci bildirir. 2/5 "İki bölü Beş" dedikdə, 2 rəqəmi payı, 5 isə məxrəci göstərir.

*Payı 1 olan kəsrli sayılarda 1/2 "Bir bölü İki" yəni yarım demək üçün نِصْفٌ "nısf-yarım" demək kifayətdir. Məxrəc üçün qalan (2-dən 10-a qədər olan) rəqəmlər üçün فُعْلٌ fu'lun və ya فُعُلٌ fu'ulun vəznində olan saylar məxrəcdə işlədilir, cəmləri isə أَفْعَالٌ ef'alun vəznində olur.

Kəsrli Sayı Fu'lun Vəzni Fu'ulun Vəzni Cəmləri
1/2 نِصْفٌ أَنْصَافُ
1/3 ثُلْثٌ ثُلُثٌ أَثْلاَثٌ
1/4 رُبْعٌ رُبُعٌ أَرْبَاعٌ
1/5 خُمْسٌ خُمُسٌ أَخْمَاسٌ
1/6 سُدْسٌ سُدُسٌ أَسْدَاسٌ
1/7 سُبْعٌ سُبُعٌ أَسْبَاعٌ
1/8 ثُمْنٌ ثُمُنٌ أَثْمَانٌ
1/9 تُسْعٌ تُسُعٌ أَتْسَاعٌ
1/10 عُشْرٌ عُشُرٌ أَعْشَارٌ

*Payı 2 olan kəsrli sayılar üçün فُعْلٌ fu'lun və ya فُعُلٌ fu'ulun vəznində gələn və payı 1 olan (yuxarıdakı cədvəldə göstərilən) kəsrli sayılar təsniyə formasına salınaraq əldə edilir. 

2/3 ثُلْثَانِ ثُلُثَانِ
2/4 رُبْعَانِ رُبُعَانِ
2/5 خُمْسَانِ خُمُسَانِ
2/6 سُدْسَانِ سُدُسَانِ
2/7 سُبْعَانِ سُبُعَانِ
2/8 ثُمْنَانِ ثُمُنَانِ
2/9 تُسْعَانِ تُسُعَانِ
2/10 عُشْرَانِ عُشُرَانِ

*Payı 2-dən 10-a qədər olan kəsrli sayılarda pay və məxrəc fərqli saylarla göstərilir və pay məxrəcin izafəsində olur. Pay muzaf və əsas say olduğu halda, məxrəc muzafun ileyh və أَفْعَالٍ vəznində olur;

Kəsrli Sayı Cəmlənmiş Say Əsas Say
Məxrəc Pay
Muzafun İleyh Muzaf
3/4 ثَلاَثَةُ أَرْبَاعٍ أَرْبَاعٍ ثَلاَثَةُ
4/5 أَرْبَعَةُ أَخْمَاسٍ أَخْمَاسٍ أَرْبَعَةُ
5/6 خَمْسَةُ أَسْدَاسٍ أَسْدَاسٍ خَمْسَةُ
6/7 سِتَّةُ أَسْبَاعٍ أَسْبَاعٍ سِتَّةُ
7/8 سَبْعَةُ أَثْمَانٍ أَثْمَانٍ سَبْعَةُ
8/9 ثَمَانِيَةُ أَتْسَاعٍ أَتْسَاعٍ ثَمَانِيَةُ
9/10 تِسْعَةُ أَعْشَارٍ أَعْشَارٍ تِسْعَةُ

*Məxrəci 10-dan böyük olan kəsrli sayılarda pay üçün rəqəm yox, جُزْء "cüz" və ya cəmi أَجْزَاء "ecza" və ya bu mənaya gələn سَهْمٌ "pay" sözləri məddud kimi işlədilir. Məxrəci təşkil edən rəqəm isə min cərr hərfi ilə gəlir, məsələn;

اَلشَّهْرُ جُزْءٌ مِنِ اثْنَيْ عَشَرَ جُزْءًا مِنَ السَّنَةِ

Ay, ilin on iki cüzündən bir cüzdür & Ay, ilin 1/12-dir

Faizli Sayılar

Payı təşkil edən əsas saydan sonra faiz mənasını verən بِالْمِئَةِ "Bilmieti" və ya فِي الْمِئَةِ "Filmieti" sözlərindən biri gətirməklə əldə edilir, məsələn;

سَهْمُكَ أَرْبَعُونَ فِي الْمِئَةِ

Sənin payın %40-dır

%10 عَشَرَةٌ فِي الْمِئَةِ
%20 عِشْرُونَ فِي الْمِئَةِ
%30 ثَلاَثُونَ فِي الْمِئَةِ
%11 أَحَدَ عَشَرَ فِي الْمِئَةِ
%12 إِثْنَا عَشَرَ فِي الْمِئَةِ
%13 ثَلاَثَةَ عَشَرَ فِي الْمِئَةِ
%21 وَاحِدٌ وَ عِشْرُونَ فِي الْمِئَةِ
%32 إِثْنَانِ وَ ثَلاَثُونَ فِي الْمِئَةِ
%43 ثَلاَثَةٌ وَ أَرْبَعُونَ فِي الْمِئَةِ
%100 مِئَةٌ فِي الْمِئَةِ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 Ərəbcədə Sayılar › Kəsirli Sayılar
🎓
Xoş gəldiniz! Sual soruşun!