a. Sonunda Əlif Olan Müreb Ləfiz
Birinci: Müfrəd, axırı əlif olan və əgər əlif iki səkin hərfin qarşılaşmasına görə hazf olunsa, əgər isim olsa, onun üç halda (rəf, nəsb, cərr) i'rabı təqdiridir, misal: العصا və عصا. Əgər fiil olsa, rəf və nəsb təqdiridir, cəzm isə ləfzidir, misal: یخشى, لن یخشى və لم یخش.
Birinci təqdirî i'rabın olduğu 7 yerdən biri: Müfrəd bir söz, axırı əlifdir və əgər əlif iki səkin hərfin qarşılaşmasına görə hazf olunsa, əgər axırı əlif olan mürəb söz isim olsa, onun i'rabı üç halda (rəf, nəsb, cərr) təqdiridir, misal: العصا "Asa" və عصا "Asa". Əgər axırı əlif olan mürəb söz fiil olsa, rəf və nəsb təqdiridir, cəzm isə ləfzidir, misal: یخشى "qorxur", لن یخشى "heç qorxmayacaq" və لم یخش "qorxmadı".
Mətnin Ümumi Mənası: Təqdirî i'rabın olduğu 7 yerdən birincisi, müfrəd və axırı əlif olan mürəb bir sözdür. Bu əlif iki səkin hərfin qarşılaşmasının qarşısını almaq üçün hazf edilir. Əgər axırı əlif olan mürəb və müfrəd söz isim olsa, onun üç halda (rəf, nəsb, cərr) i'rabı təqdiridir, misal;
العصا
"Asa" kimi və,
عصا
"Asa" kimi.
Əgər axırı əlif olan mürəb və müfrəd söz fiil olsa, rəf və nəsb təqdiridir, cəzm isə ləfzidir, misal;
یخشى
"qorxur" və,
لن یخشى
"heç qorxmayacaq" və,
لم یخش
"qorxmadı" kimi.