2.4 Hazif və Hərflərlə İrab
وَ الرَّابِعُ؛ لاَ يَكُونُ إِلاَّ نَاقِصَ الْإِعْرَابِ وَ هُوَ الْفِعْلُ الْمُضَارِعُ أَلَّذِي إِتَّصَلَ بِآخِرِهِ ضَمِيرٌ مَرْفُوعٌ غَيْرُ النُّونِ، فَرَفْعُهُ بِالنُّونِ وَ نَصْبُهُ وَ جَزْمُهُ بِحَذْفِهِ، نَحْوُ؛ يَضْرِبَانِ وَ لَنْ يَضْرِبَا وَ لَمْ يَضْرِبَا، فَالْمَجْمُوعُ تِسْعَةٌ
وَ الرَّابِعُ Sözün ifadəsinə görə 4 hissədə araşdırılan irabın dördüncüsü, لاَ يَكُونُ olmaz, إِلاَّ yalnız olur نَاقِصَ الْإِعْرَابِ naqis irab olur, وَ هُوَ الْفِعْلُ الْمُضَارِعُ və bu da muzari felində olur, أَلَّذِي elə muzari fel ki, إِتَّصَلَ birləşir, بِآخِرِهِ həmin muzari felin sonuna, ضَمِيرٌ مَرْفُوعٌ merfu bir zamir, غَيْرُ النُّونِ cəmi müənnəs nunu istisna olmaqla, فَرَفْعُهُ belə bir muzari felin ref halı, بِالنُّونِ nun ilədir, وَ نَصْبُهُ وَ جَزْمُهُ və nasb və cezm halı isə, بِحَذْفِهِ sondakı nun hərfinin hazfi ilədir. Qısaca bu əməliyyatlar efal-i hamse adlanan 5 tip muzari felində baş verir. نَحْوُ misalı belədir; يَضْرِبَانِ və لَنْ يَضْرِبَا və لَمْ يَضْرِبَا kimi. فَالْمَجْمُوعُ bu 4 hissədə sayılanlar cəmi olaraq تِسْعَةٌ doqquz ədəddir.
Mətnin Ümumi Mənası: Sözün ifadəsinə görə 4 hissədə araşdırılan irabın dördüncüsü yalnız naqis olan muzari fel olur. Bu muzari felin sonuna merfu bir zamir birləşir, lakin cəmi müənnəs nunu istisna olmaqla bir nundur bu. Belə muzari fellerin ref əlaməti nun ilədir, nasb və cezm əlamətləri isə bu nun hərfinin hazfi ilədir. Söylənənlər efal-i hamse dediyimiz 5 tip muzari felində baş verir. Aşağıdakı cədvəldə baxaq;
| Efal-i Hamse | Ref | Nasb | Cezm |
| يَضْرِبَانِ | يَضْرِبَانِ | لَنْ يَضْرِبَا | لَمْ يَضْرِبَا |
| يَضْرِبُونَ | يَضْرِبُونَ | لَنْ يَضْرِبُوا | لَمْ يَضْرِبُوا |
| تَضْرِبَانِ | تَضْرِبَانِ | لَنْ تَضْرِبَا | لَمْ تَضْرِبَا |
| تَضْرِبُونَ | تَضْرِبُونَ | لَنْ تَضْرِبُوا | لَمْ تَضْرِبُوا |
| تَضْرِبِينَ | تَضْرِبِينَ | لَنْ تَضْرِبِي | لَمْ تَضْرِبِي |
| Hazif və Hərəkə ilə İrablanan Fİil | Kəlmələr & İrab Yeri | Ref | Nasb | Cezm | |
| Nakıs | Əfal-i Xamse | Nun | Nunun Hazfi | Nunun Hazfi | |