Munsarif İsimlər

وَ الْمُرَادُ بِالْمُنْصَرِفِ مَا دَخَلَهُ الْجَرُّ وَ التَّنْوِينُ، نَحْوُ؛ زَيْدٌ

وَ الْمُرَادُ və murad olunan şey, بِالْمُنْصَرِفِ bir ismə munsarif demək ilə, مَا elə bir isimdir ki, دَخَلَهُ o ismə daxil olur, الْجَرُّ cərr yəni məksur olur, وَ التَّنْوِينُ və tənvin daxil olur, نَحْوُ misalı belədir; زَيْدٌ "Zeyd" ismi kimi.

Mətnin Ümumi Mənası: Nahivçilərin örfündə munsarif adlanan isimlər, üzərinə tənvinin daxil olmasını və məksur olmağı qəbul edən isimlərdir. Bu isimlərin təsrifatı vardır. Burada bəhs olunan məksur olmaq və ya tənvin almaq yalnız bu ikisini qeyri-munsarif isimlər qəbul etmir deyə aralarındakı fərq ortaya çıxsın deyə verilmişdir. Əslində əsasda isim olan sözlərin əlif-lam alma, isnad olunma kimi xüsusiyyətləri də vardır. Qısaca bilinməsi gərəkən munsarif isim məksur olur və ya tənvin alır, qeyri-munsarif isimlər bu ikisini də almazlar, misal;

Müfrəd Təsniyə Cəmi Məksur
زَيْدٌ زَيْدَانِ زَيْدُونَ زَيْدٍ
مُحَمَّدٌ مُحَمَّدَانِ مُحَمَّدُونَ مُحَمَّدٍ
بَيْتٌ بَيْتَانِ بُيُوتٌ بَيْتٍ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Munsarif İsimlər
🎓
Xoş gəldiniz! Sual soruşun!