c. İştimal Bedeli
وَ بَدَلُ الْإِشْتِمَالِ، إِنْ كَانَ بَيْنَهُمَا تَعَلُّقٌ بِغَيْرِهِمَا بِحَيْثُ تَنْتَظِرُ النَّفْسُ بَعْدَ ذِكْرِ الْأَوَّلِ وَ تَتَشَوَّقُ إِلَى الثَّانِي، نَحْوُ؛ سُلِبَ زَيْدٌ ثَوْبَهُ
Bedelin dörd hissəsindən üçüncüsü, بَدَلُ الْإِشْتِمَالِ – bedel-i iştimal olan bedeldir. إِنْ كَانَ – əgər olsa, بَيْنَهُمَا – yəni bedel ilə mübdelun minh arasında, تَعَلُّقٌ – bir əlaqə, بِغَيْرِهِمَا – ilk iki bedeldə olduğu kimi, yəni bedel-i küll və bedel-i bə'z xaricində, بِحَيْثُ – o vəziyyət ki, تَنْتَظِرُ – gözləyər, النَّفْسُ – dinləyici, بَعْدَ ذِكْرِ الْأَوَّلِ – birinci sözün, yəni mübdelun minh-in zikrindən sonra, وَ تَتَشَوَّقُ – və dinləyici arzulayar, maraqlanar, إِلَى الثَّانِي – ikinciyə, yəni bedel olan sözə, نَحْوُ – misal olaraq; سُلِبَ زَيْدٌ ثَوْبَهُ "Zeyd soyuldu (yəni) paltarı soyuldu" kimi.
Mətnin Ümumi Mənası: Bedelin dörd hissəsindən üçüncüsü bedel-i iştimaldır. Bedel-i iştimal, bedel ilə mübdelun minh arasında cüziyyət və külliyyət əlaqəsi olmadan baş verən bedeldir. Danışan birinci, yəni mübdelun minh-i zikr etdikdən sonra dinləyici maraqlanır, ikinci sözə, yəni bedelə iştiyaq duyur, yəni onu da eşitmək istəyir, misal;
سُلِبَ زَيْدٌ ثَوْبَهُ
"Zeyd soyuldu (yəni) paltarı soyuldu" ifadəsində ثَوْبَهُ sözü bedel-i iştimaldır. Təkcə سُلِبَ زَيْدٌ "Zeyd soyuldu" deyilərsə, bu cümləni eşidən dinləyici maraqlanar, görəsən Zeydin nəyi soyuldu, dinləyici gözləmə içində qalıb ikinci sözün zikrini arzuladığı üçün soyulanın paltar olduğu bildirilir və ثَوْبْ sözü işlədilərək bedel-i iştimal baş verir. Göründüyü kimi, bedel-i iştimalda bedel ilə mübdelun minh arasında təbii bir əlaqə vardır. İlk iki bedeldə olduğu kimi külliyyət və cüziyyət yoxdur.