b. Küllün Bir Qismindən Bedel

وَ بَدَلُ الْبَعْضِ مِنَ الْكُلِّ إِنْ كَانَ جُزَءَ الْمُبْدَلِ مِنْهُ، نَحْوُ؛ ضَرَبْتُ زَيْدًا رَأْسَهُ

Bedelin dörd hissəsindən ikincisi بَدَلُ الْبَعْضِ مِنَ الْكُلِّ, yəni "bə'dəl-i bə'z min əl-küll"dür. إِنْ كَانَ – əgər bə'dəlin mə'nası, جُزَءَ – bir hissəsi, bir parçası, الْمُبْدَلِ مِنْهُ – mübdəlun minh olan sözün, نَحْوُ – nümunəsi belədir: ضَرَبْتُ زَيْدًا رَأْسَهُ "Zeydə, başına vurdum" kimi.

Mətnin Ümumi Mənası: Bedelin dörd hissəsindən ikincisi bə'dəl-i bə'z min əl-küll olan sözdür. Əgər bə'dəl-i bə'z min əl-küll olan bə'dəl, mübdəlun minh olan sözün bir hissəsi olarsa, bu zaman bə'dəl-i bə'z min əl-küll adlanır, nümunəsi:

ضَرَبْتُ زَيْدًا رَأْسَهُ

"Zeydə, başına vurdum" ifadəsində رَأْسَهُ sözü bə'dəl-i bə'z min əl-küll olan bə'dəldir. رَأْسْ – "baş" sözü mübdəlun minh olan زَيْدًا sözünün bir hissəsidir və bu səbəbdən رَأْسَهُ sözü زَيْدًا sözündən bə'dəldir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › b. Küllün Bir Qismindən Bedel
🎓
Xoş gəldiniz! Sual soruşun!