6. Mənəvi İzafət ilə Marifə
وَ النَّوْعُ السَّادِسُ الْمُضَافُ إِلَى أَحَدِ هَذِهِ الْخَمْسَةِ إِضَافَةً مَعْنَوِيَّةً، نَحْوُ؛ غُلاَمُ زَيْدٍ
وَ النَّوْعُ السَّادِسُ Altı növ olan marifə isimlərin altıncı növü; الْمُضَافُ izafə olunan söz, yəni muzafdır, إِلَى أَحَدِ birinə, هَذِهِ الْخَمْسَةِ buraya qədər sadalanan 5 maddədəki sözlərdən, إِضَافَةً مَعْنَوِيَّةً mənəvi izafə ilə, نَحْوُ misalı belədir; غُلاَمُ زَيْدٍ "Zeydin uşağı" kimi.
Mətnin Ümumi Mənası: Altı növ olan marifə isimlərin altıncı növü buraya qədər sadalanan 5 maddədəki sözlərdən birinə mənəvi izafə ilə muzaf olan sözdür, misal;
غُلاَمُ زَيْدٍ
"Zeydin uşağı" tərkibində غُلاَمُ sözü mənəvi izafə ilə heç bir vasitə olmadan زَيْدٍ sözünə muzaf olmuşdur. Zeydin uşağı deyərkən nəzərdə tutulan uşaq söz olaraq qapalı deyil, yəni Zeyddən ötəri bir qədər tanınır və bu qədər tanınma onu marifə edir. Lakin;
مِثْلُ زَيْدٍ
"Zeydin oxşarı" tərkibində muzaf olan مِثْلُ sözü mənəvi izafə ilə marifə kimi görünür, amma qapalılıqda daha yüksəkdir. Zeydin oxşarı deyərkən oxşar olan şəxslər məlum olmaya bilər, bu ayrıca bir haldır. Əvvəlki misaldan daha çox bir ibhamlıq (qapalılıq) var və buna görə marifə deyil.