3. İşarət İsimləri

وَ النَّوْعُ الثَّالِثُ؛ أَسْمَاءُ الْإِشَارَةِ وَ هِيَ ذَا لِلْمُذَكَّرِ وَ لِلْمُثَنَّاهُ ذَانِ وَ ذَيْنِ، وَ لِلْمُؤَنَّثِ تَا وَ ذِي وَ تِي وَ ذِه وَ تِهِي وَ ذِهِي وَ لِلْمُثَنَّاهُ تَانِ وَ تَيْنِ، وَ جَمْعُهُمَا أُولاَءِ مَدًّا وَ قَصْرًا وَ يَلْحَقُ أَوَائِلَهَا حَرْفُ التَّنْبِيهِ، نَحْوُ؛ هَذَا. وَ يَتَّصِلُ بِأَوَاخِرِهَا كَافُ الْخِطَابِ، فَيُقَالُ؛ ذَاكَ ذَاكِ ذَاكُمَا ذَاكُمْ ذَاكُنَّ وَ كَذَا الْبَوَاقِي وَ يُجْمَعُ بَيْنَهُمَا، نَحْوُ؛ هَذَاكَ. وَ يُقَالُ؛ تِلْكَ وَ أُولاَلِكَ وَ ذَانِّكَ وَ تَانِّكَ مُشَدَّدَتَيْنِ لِلْبَعِيدِ، وَ أَمَّا ثَمَّةَ هُنَا وَ هَهُنَا وَ هَنَّا وَ هُنَالِكَ فَلِلْمَكَانِ خَاصَّةً

وَ النَّوْعُ الثَّالِثُ Altı növ olan marifə isimlərin üçüncü növü; أَسْمَاءُ الْإِشَارَةِ işarət isimləridir, وَ هِيَ və bu işarət isimləri; لِلْمُذَكَّرِ müzəkkər üçün ذَا “zâ”dır, لِلْمُثَنَّاهُ cüt üçün isə ذَانِ “zâni” və ذَيْنِ “zeyni”dir, لِلْمُؤَنَّثِ müənnəs üçün isə تَا “tâ” və ذِي “zî” və تِي “tî” və ذِه “zi” və تِهِي “tihî” və ذِهِي “zihî”dir və لِلْمُثَنَّاهُ cüt üçün isə تَانِ “tâni” və تَيْنِ “teyni”dir. Bunların وَ جَمْعُهُمَا cəmi isə أُولاَءِ “ûlâi”dir. مَدًّا uzadıldıqda أُولاَءِ, قَصْرًا qısaldıldıqda isə أُولَى “ûlâ” olur. وَ يَلْحَقُ və əlavə olunur, baş tərəfinə, حَرْفُ التَّنْبِيهِ xəbərdarlıq hərfi, misal; هَذَا “Bu” kimi. وَ يَتَّصِلُ və əlavə olunur, son tərəfinə, كَافُ الْخِطَابِ müraciət hərfi olan kef, belə deyilir; ذَاكَ ذَاكِ ذَاكُمَا ذَاكُمْ ذَاكُنَّ və digər işarət isimlərində də belədir. وَ يُجْمَعُ və birləşdirilir, xəbərdarlıq hərfi ilə müraciət hərfi arasında, misal; هَذَاكَ kimi. وَ يُقَالُ və deyilir; تِلْكَ وَ أُولاَلِكَ وَ ذَانِّكَ وَ تَانِّكَ deyilir, cüt nunu şiddələnmiş halda, uzaq üçün. وَ أَمَّا işarət isimlərindən ثَمَّةَ semme və هُنَا huna və هَهُنَا hehuna və هَنَّا henna və هُنَالِكَ hunalike sözləri isə məkan üçün xüsusi olaraq istifadə olunur.

Mətnin Ümumi Mənası: 6 növ marifə isimlərin üçüncü növü işarət isimləridir.

İşarət İsimləri Müfrəd Müsənna Cəm
Müzəkkər ذَا ذَانِ أُولاَءِ
ذَيْنِ
Müənnəs تَا تَانِ
ذِي
تِي
ذِه تَيْنِ
تِهِي
ذِهِي

İşarət isimlərinin əvvəlinə xəbərdarlıq hərfi olan هَا "hâ" əlavə olunur, misal;

هَاذَا

Əslində;

هَذَا

İşarət isimlərinin sonuna xitab hərfi olan kef hərfi əlavə olunur və belə deyilir;

Müzekkər ذَاكُمْ ذَاكُمَا ذَاكَ
Müənnəs ذَاكُنَّ ذَاكُمَا ذَاكِ

Qalan işarət isimləri də bu cürdür;

Müzekkər ذَانِكُمْ ذَانِكُمَا ذَانِكَ
Müənnəs تَانِكُنَّ تَانِكُمَا تَانِكَ
Müzekkər أُولاَئِكَ
Müənnəs أُولاَئِكَ

İşarət isimlərində tenbih hərfi olan he ilə xitab hərfi olan kef arasında cəm edilir, misal;

هَذَاكَ

Uzaq üçün isə;

أُولاَلِكَ تِلْكَ

Tesniyə nununun şiddəsi ilə də;

ذَانِّكَ تَانِّكَ

Məkan üçün də;

ثَمَّةَ هُنَا
هَهُنَا هَنَّا
هُنَالِكَ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › 3. İşarət İsimləri
🎓
Xoş gəldiniz! Sual soruşun!