2. Aləm İsimlər
وَ النَّوْعُ الثَّانِي اَلْعَلَمُ وَ هُوَ قِسْمَانِ، عَلَمُ شَخْصٍ، نَحْوُ؛ زَيْدٍ وَ عَلَمُ جِنْسٍ، نَحْوُ؛ أُسَامَةٍ وَ سُبْحَانَ
وَ النَّوْعُ الثَّانِي Altı növ olan marifə isimlərin ikinci növü; اَلْعَلَمُ – alim isimlərdir, وَ هُوَ – alim isimlər də, قِسْمَانِ – iki hissəyə bölünür; birinci hissə عَلَمُ شَخْصٍ – alim-i şəxs, yəni şəxsə aid alimdir, نَحْوُ – misalı belədir; زَيْدٌ “Zeyd” kimi, ikinci hissə isə; عَلَمُ جِنْسٍ – alim-i cins, yəni cinsə aid alimdir, نَحْوُ – misalı belədir; أُسَامَةٍ “Üsəmə – aslan cinsi” və سُبْحَانَ “Sübhane – tənzih” kimi.
Mətinin Ümumi Mənası: 6 növ olan marifə isimlərin ikinci növü alim isimlərdir. Alim isimlər, alim-i şəxs və alim-i cins olmaqla iki hissəyə bölünür, misallar;
| alim-i şəxs | زَيْدٌ |
| مُحَمَّدٌ | |
| alim-i cins | أُسَامَةٌ |
| سُبْحَانَ |
İzah
Alim-i Şəxs: Müəyyən və tanınan bir şəxsə verilən isimdir, məsələn "Zeyd" kimi.
Alim-i Cins: Müəyyən və tanınan bir məfhum, yəni mənaya verilən isimdir, məsələn "Üsəmə – aslan cinsi" və ya "Sübhane – tənzih etmək" kimi.
Alim İsimlər 3 Növə Bölünür
1. Künye: أَبُ "atası", أُمُّ "anası", بِنْتُ "qızı", إِبْنُ "oğlu" kimi sözlər künye təşkil edir, misal;
| Bəkrin Atası | أَبُو بَكْرٍ |
| Bəkrin Anası | أُمُّ بَكْرٍ |
| Bəkrin Qızı | بِنْتُ بَكْرٍ |
| Bəkrin Oğlu | إِبْنُ بَكْرٍ |
2. Ləqəb: Şəxsi tərifləyən və ya pisləyən ifadələrə ləqəb deyilir, misal; Dobi Həsən, Sırıq Nəcməddin, Aslan Mustafa kimi.
3. İsim: 1 və 2-ci maddələrdəki künyə və ləqəb xaricində olan adlar isim olur, misal;
| Məhəmməd | مُحَمَّدٌ |
| Baybars | بَايْبَارْسُ |
| Attila | آتِيلَّا |
| Fatih | فَاتِحٌ |