Sifətin bölmələri
وَ يُوصَفُ بِحَالِ الْمَوْصُوفِ وَ بِحَالِ مُتَعَلَّقِهِ، فَالْأَوَّلُ يَتْبَعُهُ فِي التَّعْرِيفِ وَ التَّنْكِيرِ وَ الْإِفْرَادِ وَ التَّثْنِيَةِ وَ الْجَمْعِ وَ التَّذْكِيرِ وَ التَّأْنِيثِ، نَحْوُ؛ جَاءَنِي رَجُلٌ عَالِمٌ وَ جَاءَتْنِي إِمْرَأَةٌ صَالِحَةٌ. وَ الثَّانِي فِي الْأَوَّلَيْنِ فَقَطْ، نَحْوُ؛ جَاءَنِي رِجَالٌ رَاكِبٌ غُلاَمُهُمْ
وَ يُوصَفُ vəsf olunur, بِحَالِ الْمَوْصُوفِ mevsufun halı ilə, وَ بِحَالِ مُتَعَلَّقِهِ mevsufun əlaqəli olduğu şeyin halı ilə, فَالْأَوَّلُ sifətin birinci hissəsi; يَتْبَعُهُ öz mevsufuna tabe olur, فِي التَّعْرِيفِ marifəlikdə, وَ التَّنْكِيرِ və nekirəlikdə, الْإِفْرَادِ müfrəddə, التَّثْنِيَةِ təsniyədə, الْجَمْعِ cəmdə, التَّذْكِيرِ müzəkkerlikdə, التَّأْنِيثِ müənnəslikdə, نَحْوُ nümunəsi belədir; جَاءَنِي رَجُلٌ عَالِمٌ "Mənə alim bir adam gəldi" və جَاءَتْنِي إِمْرَأَةٌ صَالِحَةٌ "Mənə saleh bir qadın gəldi" kimi. وَ الثَّانِي ikinci hissə; فِي الْأَوَّلَيْنِ فَقَطْ yuxarıda sadalanan xüsusiyyətlərin yalnız ilk ikisində, yəni marifəlik və nekirəlikdə, نَحْوُ nümunəsi belədir; جَاءَنِي رِجَالٌ رَاكِبٌ غُلاَمُهُمْ "Uşaqları binici olan adamlar mənə gəldi" kimi.
Mətnin Ümumi Mənası: Mevsufun halı və onun müteəlləqinin halı ilə sifət vücuda gəlir. Birinci hissədə sifət marifəlik, nekirəlik, müfrədlik, təsniyəlik, cəmlik, müzəkkerlik və müənnəslikdə mevsufuna tabe olur, nümunə:
جَاءَنِي رَجُلٌ عَالِمٌ
"Mənə alim bir adam gəldi" ifadəsində رَجُلٌ mevsuf və عَالِمٌ onun sifətidir. Sifət və mevsufa baxıldıqda hər ikisi də müfrəd, müzəkker və nekirə haldadır.
جَاءَتْنِي إِمْرَأَةٌ صَالِحَةٌ
"Mənə saleh bir qadın gəldi" ifadəsində إِمْرَأَةٌ mevsuf və صَالِحَةٌ onun sifətidir. Sifət və mevsufa baxıldıqda hər ikisi də müfrəd, müənnəs və nekirədir.
*İkinci hissədə sifət yalnız yuxarıda sadalanan tabe olma xüsusiyyətlərindən ilk ikisi olan marifəlik və nekirəlikdə mevsufuna tabe olur, nümunə:
جَاءَنِي رِجَالٌ رَاكِبٌ غُلاَمُهُمْ
"Uşaqları binici olan adamlar mənə gəldi" ifadəsində رَاكِبٌ sözü kimi. رِجَالٌ sözü mevsuf və رَاكِبٌ sözü isə sifətdir. Sifət və mevsuf arasında nekirəlikdə bir tabe olma var.