Mə'rifə və nəkirə isimlər
وَ الْمَعْرِفَةُ مَا وُضِعَ لِشَيْئٍ بِعَيْنِهِ وَ النَّكِرَةُ مَا وُضِعَ لِشَيْئٍ لاَ بِعَيْنِهِ وَ الْمَعْرِفَةُ سِتَّةُ أَنْوَاعٍ
وَ الْمَعْرِفَةُ və marifə olan isim, مَا elə bir isimdir ki, وُضِعَ qoyulub, təyin olunub, لِشَيْئٍ bir şeyə, بِعَيْنِهِ müəyyən, yəni dəqiq olması ilə, وَ النَّكِرَةُ və nəkirə olan isim, مَا elə bir isimdir ki, وُضِعَ qoyulub, təyin olunub, لِشَيْئٍ bir şeyə, لاَ بِعَيْنِهِ müəyyən, yəni dəqiq olmaması ilə.
Mətnin Ümumi Mənası: Marifə, müəyyən bir şeyə qoyulmuş sözə deyilir. Nəkirə isə qeyri-müəyyən bir şeyə qoyulmuş sözə deyilir. Misal;
اَلرَّجُلُ
“Müəyyən, yəni tanınan bir adam”
رَجُلٌ
“Qeyri-müəyyən, yəni hər hansı bir adam” kimi.