A4. Məcmum mamul

وَ أَمَّا الْمَجْزُومُ فَفِعْلٌ مُضَارِعٌ دَخَلَهُ إِحْدَى الْجَوَازِمِ اَلْمَذْكُورَةِ سَابِقًا

وَ أَمَّا الْمَجْزُومُ və məczum olan mamul sözlərə gəldikdə, فَفِعْلٌ مُضَارِعٌ bu, muzari felidir, دَخَلَهُ bu muzari felə daxil olur, إِحْدَى الْجَوَازِمِ cəzm edən ədatlardan biri, اَلْمَذْكُورَةِ bunlar qeyd olunub, سَابِقًا əvvəlki dərslərdə.

Mətnin Ümumi Mənası: Cəmi 25 ədəd olan və 4 hissədən ibarət olan mamul-u bil-Asale'nin dördüncü hissəsi məczum olan sözlərdir və bu sözlər əvvəlinə cəzm edən ədatlardan biri daxil olan muzari fellərdir. Bu cəzm edən ədatlar əvvəlki dərslərdə qeyd olunub. O misalları və ədatları yenidən xatırlayaq..

Bir Muzari Feli Cəzm Edən Ədatlar
لاَمُ الْأَمْرِ ِلاَءُ النَّهْى لَمْ لَمَّا

لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ

Doğmadı və doğulmadı

لَمَّا يَنْفَعْ عُمْرِى

Ömrüm fayda vermədi

لِيَعْمَلْ عَمَلاً صَالِحًا

Saleh əməl ilə əməl etsin

لاَ تُذْنِبْ

Günah etmə

İki Muzari Feli Cəzm Edən Ədatlar
إِنْ مَهْمَا مَا
مَنْ أَيْنَ مَتَى
أَنَّى أَيُّ حَيْثُمَا
إِذَامَا إِذَمَا

إِنْ تَتُبْ يُغْفَرْ ذُنُوبُكَ

Əgər tövbə etsən, günahların bağışlanar

مَهْمَا تَفْعَلْ تُسْأَلْ مِنْهُ

Nə edirsən, ondan soruşularsan

مَا تَفْعَلْ مِنْ خَيْرٍ تَجِدْهُ عِنْدَ اللهِ تَعَالَى

Xeyirdən nə edirsən, onu Allah yanında taparsan

مَنْ يَعْمَلْ عَمَلاً صَالِحًا يَكُنْ نَاجٍيًا

Kim saleh əməl edərsə, nicat tapar

أَيْنَ تَكُنْ يُدْرِكْكَ الْمَوْتِ

Harada olsan, ölüm səni tutar

مَتَى تَحْسُدْ تَهْلِكْ

Nə vaxt həsəd etsən, məhv olarsan

أَنَّى تُذْنِبْ يَعْلَمْكَ اللهُ

Harada günah etsən, Allah səni bilər

أَيُّ عَالِمٍ يَتَكَبَّرْ يُبْغِضْهُ اللهُ تَعَالَى

Hansı alim təkəbbür edərsə, Allah ona nifrət edər

حَيْثُمَا تَفْعَلْ يُكْتَبْ فِعْلُكَ

Harada bir əməl etsən, əməlın yazılar

إِذْمَا تَتُبْ تُقْبَلْ تَوْبَتُكَ

Nə vaxt tövbə etsən, tövbən qəbul olar

إِذَامَا تَعْمَلْ بِعِلْمِكَ تَكُنْ خَيْرَ النَّاسِ

Nə vaxt elminlə əməl etsən, insanların xeyirlisi olarsan

İlk 4 edat 1 muzari fiili və digər 11 edat 2 muzari fiili cəzm edər. Cəzm olunan iki muzari fiildən birincisinə şərt, ikincisinə cəza fiili deyilir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › A4. Məcmum mamul
🎓
Xoş gəldiniz! Sual soruşun!