Muzafın-ileyhin hazf olunub muzafın öz halında qalması
وَ قَدْ يُحْذَفُ الْمُضَافُ إِلَيْهِ وَ يَبْقَى الْمُضَافُ عَلَى حَالِهِ إِنْ عُطِفَ عَلَيْهِ مَا أُضِيفَ إِلَى مِثْلِ الْمَحْذُوفِ، نَحْوُ؛ بَيْنَ ذِرَاعَيْ وَ جَبْهَةِ الْأَسَدِ أَيْ ذِرَاعَيِ الْأَسَدِ وَ جَبْهَةِ الْأَسَدِ أَوْ كُرِّرَ مُضَافٌ إِلَى مِثْلِ الْمَحْذُوفِ، نَحْوُ؛ يَا تَيْمَ تَيْمَ عَدِيٍّ
وَ قَدْ يُحْذَفُ və bəzən hazf olunur, الْمُضَافُ إِلَيْهِ muzafun ileyh, وَ يَبْقَى və qalır, الْمُضَافُ muzaf olan söz, عَلَى حَالِهِ öz halında, إِنْ əgər, عُطِفَ əgər atfedilərsə, عَلَيْهِ onun üzərinə, Mَا elə bir söz ki, أُضِيفَ izafə olunub, إِلَى مِثْلِ الْمَحْذُوفِ hazf olunan muzafun ileyhə bənzər olan sözə, نَحْوُ misalı belədir; بَيْنَ ذِرَاعَيْ وَ جَبْهَةِ الْأَسَدِ "İki qolu və aslanın alın arasında", yəni, ذِرَاعَيِ الْأَسَدِ وَ جَبْهَةِ الْأَسَدِ "Aslanın iki qolu və aslanın alın arasında" kimi. أَوْ və ya hazf olunan muzafun ileyhə bənzər olan muzaf təkrar olunsa, مُضَافٌ muzaf olan söz, إِلَى مِثْلِ الْمَحْذُوفِ hazf olunan muzafun ileyhə bənzər olan sözə, نَحْوُ misalı belədir; يَا تَيْمَ تَيْمَ عَدِيٍّ "Ey Adiyyə aid olan Teym qəbiləsi" kimi.
Mətnin Ümumi Mənası: Bəzən muzafun ileyh hazf olunur və muzaf olan söz öz halında qalır. Bu da hazf olunan muzafun ileyhə bənzər olan bir muzaf, həmin muzaf üzərinə atfedilərsə caiz olur. Misalı belədir;
بَيْنَ ذِرَاعَيْ وَ جَبْهَةِ الْأَسَدِ
"İki qolu və aslanın alın arasında" ifadəsindəki ذِرَاعَيْ sözü kimi. Şeirin tamı;
يَا مَنْ رَأَى عَارِضًا أُسَرُّ بِهِ، بَيْنَ ذِرَاعَيْ وَ جَبْهَةِ الْأَسَدِ
يَا ey, yəni يَا قَوْمِ ey xalqım, مَنْ رَأَى kim görüb, عَارِضًا yayılan bir buludu, أُسَرُّ sevinəcəyəm, بِهِ o buludla, بَيْنَ ذِرَاعَيْ qolları arasında, وَ جَبْهَةِ الْأَسَدِ aslanın alın arasında, yəni aslan bürcünün.
“Ey xalqım, Aslan bürcünün əlləri və alın arasında yayılan və onunla sevinəcəyim bir buludu kim görüb?” kimi. Bu beytdə ذِرَاعَيْ sözü muzafun ileyhi hazf olunmuş bir muzafdır. Muzafun ileyhi hazf edildikdən sonra və hazf edilməzdən əvvəlki vəziyyətə görə eyni qalıb. İkiyə bölünmüş halda muzaf olan sözün tesniye nunu düşür, muzafun ileyhi hazf edildiyi halda ذِرَاعَيْ sözünə tesniye nunu geri verilməyib və sanki muzafun ileyhi yenə varmış kimi halı üzrə qalıb.
*Yaxud hazf olunmuş muzafun ileyhin mislinə, bənzərinə muzaf olan söz yenidən gətirildikdə, birinci muzaf yenə halı üzrə qalır, misal;
يَا تَيْمَ تَيْمَ عَدِيٍّ
“Ey Adiyyə aid olan Teym qəbiləsi” ifadəsində birinci تَيْمَ sözünün muzafun ileyhi hazf olunub. İfadənin əsli;
يَا تَيْمَ عَدِيٍّ تَيْمَ عَدِيٍّ
Bu şəkildədir. Bu ifadədən birinci muzafun ileyhi olan عَدِيٍّ sözü hazf olunub. Beytin tamı:
يَا تَيْمَ تَيْمَ عَدِيٍّ لاَ أَبَا لَكُمْ، لاَ يُلْقِيَنَّكُمْ فِي سَوْأَةٍ عُمَرُ
يَا تَيْمَ Ya Teymə, yəni يَا تَيْمَ عَدِيٍّ Ya Adiyyə mənsub Teymə qəbiləsi, تَيْمَ عَدِيٍّ Adiyyə mənsub Teymə qəbiləsi, لاَ أَبَا لَكُمْ sizin atanız yoxdur, لاَ يُلْقِيَنَّكُمْ sizi qarşılaşdırmasın, فِي سَوْأَةٍ bir bəlaya, عُمَرُ Ömər
“Ey Adiyyə mənsub Teymə qəbiləsi, sizin atanız yoxdur, Sizi Ömər bir bəlaya qarşılaşdırmasın” kimidir.