Muzafın hazf olunub muzafın-ileyhin mecrur qalması
وَ قَدْ يَبْقَى مَجْرُورًا عَلَى النُّدُورِ، نَحْوُ؛ قَوْلِهِ تَعَالَى، وَاللهُ يُرِيدُ الْآخِرَةَ، بِجَرِّ الْآخِرَةِ عَلَى قِرَائَةٍ أَيْ ثَوَابَ الْآَخِرَةِ
وَ قَدْ يَبْقَى və bəzən muzaf hazf olunduqdan sonra muzafun ileyh mecrur olaraq qalır, مَجْرُورًا mecrur halda, عَلَى النُّدُورِ nadir hallarda, نَحْوُ misalı belədir; قَوْلِهِ تَعَالَى Allah-Təalanın bu sözündə olduğu kimi; وَاللهُ يُرِيدُ الْآخِرَةَ “Allah axirəti istəyir” Ənfal 67-ci ayəsində olduğu kimi, بِجَرِّ الْآخِرَةِ axirət sözünün mecrur olması ilə, عَلَى قِرَائَةٍ bir qiraətə görə. Amma əlimizdə olan Qurani-Kərimlərin çoxunda bu ayədə “axirət” sözü fətxalıdır. أَيْ yəni axirəti istəyir ifadəsindən məqsəd; ثَوَابَ الْآخِرَةِ “Axirət savabını” istəyir.
Mətnin Ümumi Mənası: Muzaf hazf olunduqdan sonra bəzən muzafun ileyh nadir hallarda mecrur olaraq qalır. Misalı belədir;
وَاللهُ يُرِيدُ الْآخِرَةَ
“Allah axirəti istəyir” Ənfal 67-ci ayədəki الْآخِرَةَ sözü kimi. Bir qiraətə görə الْآخِرَةَ sözü mecrur olaraq الْآخِرَةِ şəklində tələffüz edilir. Buradan məqsəd;
ثَوَابَ الْآخِرَةِ
“Axirət savabı” kimidir. Burada muzaf olan ثَوَابَ sözü hazf edilmiş və muzafun ileyh olduğu kimi الْآخِرَةِ mecrur olaraq saxlanılmışdır.