Muzaf hazf edilib, i’rabı Muzafun İleyhə verilməsi
وَ قَدْ يُحْذَفُ الْمُضَافُ فَيُعْطِي إِعْرَابُهُ لِلْمُضَافِ إِلَيْهِ وَ هُوَ الْقِيَاسُ، نَحْوُ؛ قَوْلِهِ تَعَالَى، وَ اسْئَلِ الْقَرْيَةَ أَيْ أَهْلَ الْقَرْيَةِ
وَ قَدْ يُحْذَفُ bəzən hazf edilir, الْمُضَافُ muzaf olan söz, فَيُعْطِي bu halda verilir, إِعْرَابُهُ muzaf olan sözün i'rabı, لِلْمُضَافِ إِلَيْهِ muzafun ileyh olan sözə, وَ هُوَ الْقِيَاسُ bu əməl, yəni muzafı hazf edib i'rabını muzafun ileyhe vermək qiyasiya əsaslanır, نَحْوُ misalı belədir; قَوْلِهِ تَعَالَى Allah-Təalanın bu sözü kimi; وَ اسْئَلِ الْقَرْيَةَ "Qəsəbəyə (kəndə, karyəyə) soruş!" Yusuf 82-ci ayə, أَيْ yəni أَهْلَ الْقَرْيَةِ "Qəsəbə (kənd, karye) əhalisindən soruş" kimidir.
Mətnin Ümumi Mənası: Bəzən muzaf olan söz hazf edilir və i'rabı muzafun ileyh olan sözə verilir və bu əməl qiyasiya əsaslanır. Misalı belədir;
وَ اسْئَلِ الْقَرْيَةَ
"Qəsəbəyə (kəndə, karyəyə) soruş!" ayədəki الْقَرْيَةَ (karye, kənd, qəsəbə) əhali sözündən muzaf olan söz hazf edilmişdir. Hazf olunan muzaf;
أَهْلَ الْقَرْيَةِ
"Qəsəbə, kənd, karye əhalisi" tərkibindəki أَهْلَ sözüdür. Muzaf olan أَهْلَ sözü hazf ediləndə i'rabı, yəni fətah üzərində mənsub olması muzafun ileyh olan الْقَرْيَةِ sözünə keçir və الْقَرْيَةَ olur.