Genişlik halında Muzaf ilə Muzafun İleyhin arasının ayrılması

وَ لاَ الْفَصْلُ بَيْنَهُمَا بِشَيْئٍ فِي السَّعَةِ غَيْرَ مَا سُمِعَ

وَ لاَ və yenə də caiz deyil, الْفَصْلُ ayırmaq, بَيْنَهُمَا muzaf ilə muzafun ileyhin arasını, بِشَيْئٍ hər hansı bir şey ilə, فِي السَّعَةِ genişlik halında, yəni nəsr yazılarında, غَيْرَ ancaq istisnadır, مَا سُمِعَ ərəblərdən eşidilənlər.

Mətnin Ümumi Mənası: Muzaf ilə muzafun ileyhin arasını normal hallarda hər hansı bir şey ilə ayırmaq caiz deyil, ancaq ərəblərdən eşidilən bəzi ifadələr istisnadır. Ərəblərdən, muzaf ilə muzafun ileyhin arasını ayıran 3 ifadə eşidilmişdir;

1. Muzafın Mefulu;

وَ كَذَلِكَ زُيِّنَ لِكَثِيرٍ مِنَ الْمُشْرِكِينَ قَتْلُ أَوْلاَدَهُمْ شَرَكَائِهِمْ

“Onların ortaqları olan bütlərin xidmətçilərinin müşriklərin öz övladlarını öldürməsi müşriklərdən bir çoxuna xoş göstərilmişdir” En’âm 137-ci ayədə زُيِّنَ məchul feilidir və قَتْلُ məsdarı bu məchul feilin naib-i faili olaraq ləfzen mərfudur. أَوْلاَدَ ləfzı قَتْلُ məsdarının mefulü bih sarihidir və ləfzen mənsubdur. قَتْلُ məsdarı شَرَكَائِهِمْ ləfzına izafə edilmişdir. شَرَكَاءُ ləfzı قَتْلُ məsdarının muzafun ileyhi olaraq ləfzen məcrurdur, fail olaraq da mahallen mərfudur. Burada muzaf olan قَتْلُ məsdarı ilə muzafun ileyh olan شَرَكَاءُ kəlməsi arasında muzaf olan قَتْلُ məsdarının mefulü olan أَوْلاَدَ ləfzı yer almışdır.

2. Muzafın Zarfı;

تَرْكُ يَوْمًا نَفْسِكَ وَ هَوَاهَا سَعْيٌ لَهَا فِي رَدَاهَا

“Bir gün belə olsa, bir an da olsa nəfsini öz arzusu ilə baş-başa buraxmaq onun həlak olması üçün çalışmaqdır” ifadəsində تَرْكُ ləfzı muzafdır və يَوْمًا ləfzı isə تَرْكُ ləfzının zaman zarfıdır. نَفْسِ ləfzı isə muzafun ileyhtir. Bu misalda muzaf olan تَرْكُ ləfzı ilə muzafun ileyh olan نَفْسِ ləfzının arasına muzaf olan تَرْكُ ləfzının zarfı olan يَوْمًا ləfzı daxil olmuşdur.

3. Kasem & Yemin;

هَذَا غُلاَمُ وَاللهِ زَيْدٍ

“Bu, Allaha and olsun Zeyd’in uşağıdır” ifadəsində غُلاَمُ ləfzı muzafdır və زَيْدٍ ləfzı isə muzafun ileyhtir. Muzaf ilə muzafun ileyhin arasında وَاللهِ ləfzı kasem olaraq qeyd edilmişdir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Genişlik halında Muzaf ilə Muzafun İleyhin arasının ayrılması
🎓
Xoş gəldiniz! Sual soruşun!