2. İzafətlə məcrur olan söz
وَ الثَّانِي الْمَجْرُورُ بِالْإِضَافَةِ، وَ لَا يَجُوزُ تَقْدِيمُهُ وَ لاَ تَقْدِيمُ مَعْمُولِهِ عَلَى الْمُضَافِ إِلاَّ أَنْ يَكُونَ الْمُضَافُ لَفْظَ غَيْرٍ، فَيَجُوزُ تَقْدِيمُ مَعْمُولِ الْمُضَافِ إِلَيْهِ عَلَيْهِ، نَحْوُ؛ أَنَا زَيْدًا غَيْرُ ضَارِبٍ، لِكَوْنِهِ بِمَعْنَى لاَ ضَارِبٌ
وَ الثَّانِي mecrur olan sözlərin ikincisi, الْمَجْرُورُ mecrurdur, بِالْإِضَافَةِ izafət ilə, وَ لَا يَجُوزُ caiz deyil, تَقْدِيمُهُ izafət ilə mecrur olan sözün qabağa çəkilməsi, وَ لاَ həmçinin caiz deyil, تَقْدِيمُ مَعْمُولِهِ izafət ilə mecrur olan sözün mamulunun qabağa çəkilməsi, عَلَى الْمُضَافِ muzaf olan sözün üzərinə, إِلاَّ yalnız izafət ilə mecrur olan sözün mamulunun muzaf üzərinə qabağa çəkilməsi caizdir, أَنْ يَكُونَ olduğu halda, الْمُضَافُ muzaf olan sözün, لَفْظَ غَيْرٍ "gayr" sözü olduğu zaman, فَيَجُوزُ o halda muzaf olan söz "gayr" sözü ikən caizdir, تَقْدِيمُ qabağa çəkilməsi, مَعْمُولِ mamulunun, الْمُضَافِ إِلَيْهِ muzafun ileyh olan sözün, عَلَيْهِ o muzaf olan "gayr" sözünün üzərinə, نَحْوُ misalı belədir; أَنَا زَيْدًا غَيْرُ ضَارِبٍ "Mən Zeydi vurmayanam & vuran deyiləm & vuran başqasıyam" kimi. لِكَوْنِهِ bu şəkildə olması, بِمَعْنَى mənasında olduğu üçün, لاَ ضَارِبٌ "vuran deyil" mənasında.
Mətnin Ümumi Mənası: Mamul-u mecrur olan sözlərin iki hissəsindən ikincisi izafət ilə mecrur olan sözlərdir. Muzafun ileyhi-nin muzafın üzərinə qabağa çəkilməsi caiz deyil. Muzafun aleyh-in mamulunun da muzafın üzərinə qabağa çəkilməsi caiz deyil. Çünki muzafun ileyhi-nin muzafın üzərinə qabağa çəkilməsi caiz olmadığı kimi, muzafun ileyhi-nin mamulunun da muzafın üzərinə qabağa çəkilməsi caiz deyil. Yalnız muzaf olan söz غَيْرْ "gayr" sözü olduqda muzafun ileyhi-nin üzərinə qabağa çəkilə bilər. Çünki "gayr" sözü inkar mənasını daşıdığı üçün لاَ ضَارِبٌ mənasında olub sanki izafət yoxdur. Bu səbəbdən muzafun ileyhi-nin mamulunu "gayr" sözünün önünə gətirmək caizdir, misal;
أَنَا زَيْدًا غَيْرُ ضَارِبٍ
"Mən Zeydi vuran deyiləm" tərkibində زَيْدًا sözü غَيْرُ sözünün muzafun ileyhi olan ضَارِبٍ ism-i failinin mefulün bih sarihidir. Bu tərkibdə غَيْرُ sözü muzafdır və muzafun ileyhi olan ضَارِبٍ sözünün mamulu olan زَيْدًا sözü, muzaf olan غَيْرُ sözündən əvvəl qeyd olunmuşdur. Misaldakı غَيْرُ ضَارِبٍ sözü əslində لاَ ضَارِبٌ mənasındadır.