1. Hərfi-cərr ilə məcrur olan söz
اَلْأَوَّلُ الْمَجْرُورُ بِحَرْفِ الْجَرِّ، وَ قَدْ مَرَّ بَيَانُهُ
Mecrur olan sözlərin birincisi, الْمَجْرُورُ mecrurdur, بِحَرْفِ الْجَرِّ cer hərfi ilə, وَ قَدْ مَرَّ keçibdir, بَيَانُهُ cer hərflərinin izahı. Yəni cer hərfləri mövzusu dərslərin əvvəlində isimdə təsir edən amillərdə keçibdir.
Mətnin Ümumi Mənası: Mecrur olan sözlərin iki hissəsindən birincisi cer hərfi ilə mecrur olan sözlərdir və cer hərfi mövzusu əvvəlki dərslərdə izah olunub. Məlum olduğu kimi cer hərfləri ümumilikdə 20 ədəddir və qarşısına aldıqları isimləri cer edirlər, cer olunan ismə də mecrur deyilir. Nəhv dərslərində ən çox istifadə olunan cer hərflərinin müxtəlif mənaları izah olunub, baxa bilərsiniz, bir neçə nümunə;
آمَنْتُ بِاللهِ
“Allaha inandım” ifadəsində "ba" cer hərfi Allah sözünü cer edib və sözün mecrur olmasına səbəb olub.
بِعْتُ بِهَذَا
“Bunu satdım” ifadəsində "ba" cer hərfi qarşısındakı mebni "haza" sözünü mahiyyəti üzrə cer edib, çünki mebni sözlərdə leksik dəyişiklik olmur. Buna görə də "haza" işarə ismi mahiyyəti üzrə mecrurdur.
جِئْتُ مِنَ الْبَيْتِ
“Evdən gəldim” ifadəsində "min" cer hərfi "beyt" sözünü cer edib.
سَلَّمْتُ عَلَيْكُمْ
“Sizə salam verdim” ifadəsində "âlâ" cer hərfi qarşısına gələn bitişik zamirdə leksik dəyişiklik yaratmayıb, çünki bu zamir mebnidir, amma mahiyyəti üzrə mecrurdur.
إِرْمِ الْكُرَةَ إِلَى زَيْدٍ
“Topu Zeydə at” ifadəsində "ilâ" cer hərfi Zeyd sözünü cer edib.
Qeyd: Nümunələrdə də göründüyü kimi cer hərfləri qarşısına aldıqları mureb isimləri cer edirlər. Cer hərfləri yalnız isimlərin qarşısına gəlir, felin qarşısına gəlmir, çünki fellər heç vaxt mecrur olmur. Fellər yalnız meczum olduqda elif-lamlı ismin keçidində mecrur ola bilər, nümunə;
لَمْ يَدْخُلِ الْبَيْتَ
“Evə girmədi” ifadəsindəki muzari fel kimi. Əgər muzari fildən sonra elif-lamlı isim olmasaydı, muzari fel meczum olaraq tələffüz olunardı.