10. İnne babının ismi

وَ الْعَاشِرُ اِسْمُ بَابِ إِنَّ وَ هُوَ كَالْمُبْتَدَإِ لَكِنْ لاَ يُجُوزُ حَذْفُهُ

وَ الْعَاشِرُ On üç olan mamul-u mansubların onuncusu;  اِسْمُ بَابِ إِنَّ "inne" babının (oxşarlarının) ismi olan söz, وَ هُوَ və o, yəni "inne" babının isimləri, كَالْمُبْتَدَإِ mübtəda kimidir, لَكِنْ lakin, لاَ يُجُوزُ caiz deyil, حَذْفُهُ o "inne" babının isminin hazfi.

Mətnin Ümumi Mənası: 13 olan mamul-u mansubların onuncusu "inne" babının (oxşarlarının) ismi olan sözdür. "Inne" və oxşarlarının ismi olan söz mübtəda kimidir, lakin hazf olunması caiz deyil, misal;

إِنَّ اللهَ تَعَالَى عَالِمٌ حَاكِمٌ

“Şübhəsiz ki, Allah alim və hakimdir” tərkibində إِنَّ sözü fiilə bənzəyən hərflərdən olan bir hərf mənasında sözdür. "Inne" və oxşarları önlərinə aldıqları isimləri nəsb edirlər və xəbərlərini də rəf edirlər. Burada söhbət gedən nəsb etdikləri isimlərdir. اللهَ sözü "inne" sözünün ismidir və ləfzən mansubdur, عَالِمٌ və حَاكِمٌ sözləri isə "inne" sözünün xəbəri olmaq üzrə ləfzən mərfudurlar.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › 10. İnne babının ismi
🎓
Xoş gəldiniz! Sual soruşun!