Gayr غير sözü haqqında

وَ أَصْلُ غَيْرٍ أَنْ يَكُونَ صِفَةً وَ يُحْمَلُ عَلَى إِلاَّ فِي الْإِسْتِثْنَاءِ وَ يُعْرَبُ كَإِعْرَابِ الْمُسْتَثْنَى بِإِلاَّ عَلَى التَّفْصِيلِ وَ أَصْلُ إِلاَّ الْإِسْنِثْنَاءُ وَ يُحْمَلُ عَلَى غَيْرٍ فِي الصِّفَةِ إِذَا تَعَذَّرَ الْإِسْتِثْنَاءُ فَيَكُونُ مَا بَعْدَهَا صِفَةً لاَ مُسْتَثْنَى، نَحْوُ؛ قَوْلِهِ تَعَالَى؛ لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلاَّ اللهُ لَفَسَدَتَا

غَيْرٌ sözünün əsli, yəni həqiqəti odur ki, sıfat olsun. Gayr sözü istisna ifadə edəndə illâ üzərinə tətbiq edilir və gayr sözü müstəsna kimi irab olunur, illâ ilə müstəsnanın irabı kimi, əvvəlki dərslərdə verilən təfsilat üzrə. İllâ sözünün əsli isə istisna edatı olmasıdır. İstisna mümkün olmadığı zaman sıfat olmaq baxımından illâ gayr üzərinə tətbiq edilir. Bu halda illâ sözündən sonra gələn söz müstəsna olmur, sıfat olur. Misal olaraq Allah-Təalanın bu ayəsində olduğu kimi: "Əgər onların hər ikisində (yer və göydə) Allahdan başqa ilahlar olsaydı, əlbəttə, onlar pozulardı" (Ənbiya 22).

Mətnin Ümumi Mənası: Gayr sözündə əsas olan sıfat olmasıdır və istisnada illâ edatı üzərinə tətbiq edilir. İllâ ilə istisna olunan isim kimi, əvvəlki dərslərdə verilən təfsilat üzrə irab olunur. İllâ edatının əsli isə istisna üçün olmasıdır. İstisna mümkün olmadığı zaman sıfat olmaq baxımından gayr üzərinə tətbiq edilir. Bu halda ondan sonra gələn söz müstəsna olmur, sıfat olur, misal:

لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلاَّ اللهُ لَفَسَدَتَا

“Əgər hər ikisində (yer və göydə) Allahdan başqa ilahlar olsaydı, əlbəttə o ikisi (yer və göy) pozulardı.” Ənbiya 22-ci ayə-i kəriməsində إِلاَّ kəlməsindən sonra gələn اللهُ kəlməsinin mənasının əvvəlcə zikr olunan آلِهَةٌ kəlməsinin mənasına daxil olması qəti deyil. Çünki آلِهَةٌ kəlməsi nekiredir və "ilahlar" deməkdir. İlahlar dedikdə, "Allah" o ilahlardan biri olurmu? Dediyimiz kimi, bu qəti deyil. Allah kəlməsinin آلِهَةٌ kəlməsinin mənasına daxil olmaması da qəti deyil, yəni آلِهَةٌ dedikdə "Allah" kəlməsi də آلِهَةٌ kəlməsinin mənasına daxil ola bilər.

Beləliklə, Allah kəlməsinin آلِهَةٌ kəlməsinin mənasına daxil olması qəti deyil və Allah kəlməsi üçün müstəsna-i muttasıl yoxdur. Digər tərəfdən, Allah kəlməsinin آلِهَةٌ kəlməsinin mənasına daxil olmaması da qəti deyil və Allah kəlməsi üçün müstəsna-i munkatı’ yoxdur.

Bundan sonra; ayə-i cəlilədəki اَللهُ kəlməsi üçün müstəsna-i muttasıl və müstəsna-i munkatı’ caiz olmadığı üçün إِلاَّ kəlməsi غَيْرْ kəlməsi üzərinə haml edilmiş və آلِهَةٌ kəlməsinin sifəti kimi qəbul edilmişdir. İإِلاَّ kəlməsi sifət olan bir isim olduğu üçün məvsufu kimi mərfu olmalıdır. Lakin hərf kimi olduğu üçün dammə ala bilməmiş və bu dammə da izafə etdiyi اَللهُ kəlməsinə verilmişdir. اَللهُ kəlməsi muzafun ileyh olduğu üçün təqdirən məcrurdur.

إِلاَّ اللهُ

Kəlmənin əsli;

غَيْرُ اللهِ

şəklindədir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Gayr غير sözü haqqında
🎓
Xoş gəldiniz! Sual soruşun!