Məcrur olan İstisna

وَ الْمُسْتَثْنَى مَخْفُوضٌ بَعْدَ غَيْرٍ وَ سِوَى وَ سِوَاءٍ وَ حَاشَا فِي الْأَكْثَرِ وَ عَدَا وَ خَلاَ فِي الْأَقَلِّ

وَ الْمُسْتَثْنَى və müstəsna, مَخْفُوضٌ məcrur olur, بَعْدَ غَيْرٍ "qeyr" ("xaric") sözündən sonra, və سِوَى sözündən sonra, və سِوَاءٍ sözündən sonra, və حَاشَا sözündən sonra, فِي الْأَكْثَرِ çox hallarda, və عَدَا sözündən sonra, və خَلاَ sözündən sonra isə فِي الْأَقَلِّ az hallarda məcrur olur.

Mətnin Ümumi Mənası: Müstəsna olan söz əsasən غَيْرْ, سِوَى, سِوَاءْ və حَاشَا sözlərindən sonra və az hallarda isə عَدَا və خَلاَ sözlərindən sonra məcrur olur. Bu sözlərin hamısı "xaric", "deyil", "başqası" kimi mənalar verir, misal üçün:

مَا رَأَيْتُ أَحَدًا سِوَى زَيْدٍ

"Zeyd xaricində heç kimi görmədim" kimi.

جَاءَ رَجُلٌ غَيْرُ زَيْدٍ

"Zeyddən başqa bir adam gəldi" kimi.

Çox hallarda غَيْرٌ

Xaric

Başqası

Qeyrisi

Digər

سِوَى
سِوَاءٌ
حَاشَا
Az hallarda عَدَا
خَلاَ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Məcrur olan İstisna
🎓
Xoş gəldiniz! Sual soruşun!