Bədəl olması vacib olan İstisna & Mufarrağ İstisna

وَ يُعْرَبُ عَلَى حَسَبِ الْعَوَامِلِ إِذَا كَانَ الْمُسْتَثْنَى مِنْهُ غَيْرَ مَذْكُورٍ، نَحْوُ؛ مَا جَاءَنِي إِلاَّ زَيْدٌ

وَ يُعْرَبُ və müstəsna mürəb edilir, عَلَى حَسَبِ tələb olunan hal üzrə, -hala görə; الْعَوَامِلِ amillərin, إِذَا كَانَ olduqda, الْمُسْتَثْنَى مِنْهُ müstəsna minh olan söz, غَيْرَ مَذْكُورٍ qeyd olunmamış, نَحْوُ misalı belədir; مَا جَاءَنِي إِلاَّ زَيْدٌ "Mənə heç kim gəlmədi, yalnız Zeyd gəldi" & "Mənə sadəcə Zeyd gəldi" kimi.

Mətnin Ümumi Mənası: Müstəsna minh olan söz qeyd olunmadıqda, müstəsna amillərin tələb etdiyi hal üzrə irab alır. Belə müstəsnaya müstəsna-i müfərraq da deyilir. Çünki amil, müstəsna minh-də əməl etməkdən imtina edib, müstəsnada əməl etmişdir. Müstəsna-i müfərraq adətən qeyri-mücəb olan kəlamda olur.

Qeyri-Mücəb: Özündə nəfi, nəhy və ya istifham edatı olan sözlərdir. Olmayanına isə mücəb olan kəlam deyilir. Misal;

مَا جَاءَنِي إِلاَّ زَيْدٌ

"Mənə heç kim gəlmədi, yalnız Zeyd gəldi" & "Mənə sadəcə Zeyd gəldi" ifadəsində müstəsna olan زَيْدٌ sözü istisna edatı إِلاَّ -dan sonra gəlmişdir və mücəb olmayan tam bir kəlamda qeyd olunmuşdur. جَاءَ feli özünə mərfu bir mamul, yəni fail tələb edir. Bu halda زَيْدٌ sözü جَاءَ felinin ləfzi mərfu olan failidir. Əslində جَاءَ felinin faili hazf olunan və müstəsna minh olan Zeyd sözünün məna dairəsinə aid olan ümumi bir sözdür. Məsələn; "tələbələr, müəllimlər, işçilər və s." kimi. Quşlar, eşşəklər, atlar, maşınlar və s. olmaz. Çünki Zeyd ağıllıdır, canlıdır, insandır.

*Müstəsna minh hazf olunmamış olsaydı, yəni tərkibin əsli;

مَا جَاءَنِي أَحَدٌ إِلاَّ زَيْدٌ

“Bana heç kim gelmedi, ancaq Zeyd geldi & Bana yalnız Zeyd geldi” ifadəsində أَحَدٌ sözü istisna minh’dir və جَاءَ feilinin failidir. إِلاَّ sözü istisna edatı, زَيْدٌ sözü isə أَحَدٌ sözündən bedel (bedel-i ba’z) olan merfu müstesnadır. İfadədən sonra أَحَدٌ sözündən bedel-i ba’z olan زَيْدٌ sözü əsl mamul (mamul-u bil-Asale) kimi göstərilmək istəndiyinə görə (çünki bedel mamul-u bitTebaiyyedendir) istisna minh olan أَحَدٌ sözü hazf edilərək مَا جَاءَنِي إِلاَّ زَيْدٌ deyilmişdir. Bundan sonra müstesna olan زَيْدٌ sözünə müstesna-i mufarrağ deyilir.

Mufarrağ: Lüğətdə boşaldılan deməkdir.

Bu misalda boşaldılan söz müstesna deyil, amildir. Çünki amil asalet ilə əməl etdiyi mamulu olan istisna minh hazf edildiyi üçün o mamuldan vaz keçmişdir. Yəni müstesna-i mufarrağ, özü üçün amili əsl mamulunda (istisna minh-də) əməl etməkdən boşaldan, vaz keçirdən müstesna deməkdir.

مَا رَأَيْتُ إِلاَّ زَيْدًا

“Heç kimini deyil, Zeydi gördüm & Yalnız Zeydi gördüm” ifadəsinin əsli;

مَا رَأَيْتُ أَحَدًا إِلاَّ زَيْدًا

Kimidir.

مَا مَرَرْتُ إِلاَّ بِزَيْدٍ

“Heç kimə deyil, Zeydə uğradım & Yalnız Zeydə uğradım” ifadəsinin əsli;

مَا مَرَرْتُ بِأَحَدٍ إِلاَّ زَيْدًا

Kimidir.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Bədəl olması vacib olan İstisna & Mufarrağ İstisna
🎓
Xoş gəldiniz! Sual soruşun!