Bədəl kimi seçilən İstisna
وَ يَجُوزُ فِيهِ النَّصْبُ عَلَى الْإِسْتِثْنَاءِ وَ يُخْتَارُ الْبَدَلُ فِي كَلاَمٍ غَيْرِ مُوجَبٍ وَ الْمُسْتَثْنَى مِنْهُ مَذْكُورٌ، نَحْوُ؛ مَا جَاءَنِي الْقَوْمُ إِلاَّ زَيْدًا أَوْ إِلاَّ زَيْدٌ
وَ يَجُوزُ və caizdir, فِيهِ o sözde, yəni illâ-dan sonra gələn, النَّصْبُ mənsubluq, عَلَى الْإِسْتِثْنَاءِ istisna olmaq şərtilə, وَ يُخْتَارُ və seçilir, üstün tutulur, الْبَدَلُ illâ edatından sonra gələn söz bədəl olaraq, فِي كَلاَمٍ elə bir kəlamda ki, غَيْرِ مُوجَبٍ mücb, yəni nəfi, nəhy və ya istifham olmayan, وَ الْمُسْتَثْنَى مِنْهُ və istisna olunan söz isə, مَذْكُورٌ zikr olunur, نَحْوُ misalı belədir; مَا جَاءَنِي الْقَوْمُ إِلاَّ زَيْدًا "Qövm mənə gəlmədi, yalnız Zeyd gəldi" və ya مَا جَاءَنِي الْقَوْمُ إِلاَّ زَيْدٌ "Qövm mənə gəlmədi, yalnız Zeyd gəldi" kimi.
Mətnin Ümumi Mənası: İstisna olunan sözün zikr olunub qeyri-mücb bir kəlamda illâ-dan sonra gəldikdə istisnanın mənsub olması caizdir və bədəl olması da üstün tutulur, misal;
جَاءَنِي الْقَوْمُ إِلاَّ زَيْدًا
"Qövm mənə gəlmədi, yalnız Zeyd gəldi" ifadəsində istisna olunan زَيْدًا sözü istisna edatı إِلاَّ -dan sonra gəlmişdir və mücb olmayan tam bir kəlamda zikr olunmuşdur. Buna görə də زَيْدًا sözünün istisna olaraq mənsub olması caizdir.
جَاءَنِي الْقَوْمُ إِلاَّ زَيْدٌ
"Qövm mənə gəlmədi, yalnız Zeyd gəldi" ifadəsində bədəl olan زَيْدٌ sözü istisna edatı إِلاَّ -dan sonra gəlmişdir və mücb olmayan tam bir kəlamda zikr olunmuşdur. Buna görə də زَيْدٌ sözünün الْقَوْمُ sözündən bədəl-i bə'z olmaqla mərfu olması, istisna olaraq mənsub olmasından daha üstün və seçilir.