Vacibən Mənsub olan İstisna
وَ الْمُسْتَثْنَى مَنْصُوبٌ إِذَا كَانَ بَعْدَ إِلاَّ غَيْرَ الصِّفَةِ فِي كَلاَمٍ مُوجَبٍ تَامٍّ، نَحْوُ؛ جَاءَنِي الْقَوْمُ إِلاَّ زَيْدًا أَوْ مُقَدَّمًا عَلَى الْمُسْتَثْنَى مِنْهُ، نَحْوُ؛ مَا جَاءَنِي إِلاَّ زَيْدًا أَحَدٌ أَوْ مُنْقَطِعًا، نَحْوُ؛ جَاءَ الْقَوْمُ إِلاَّ حِمَارًا أَوْ كَانَ بَعْدَ خَلاَ أَوْ عَدَا فِي الْأَكْثَرِ أَوْ مَا خَلاَ أَوْ مَا عَدَا أَوْ لَيْسَ أَوْ لاَ يَكُونُ
وَ الْمُسْتَثْنَى və müstəsna, مَنْصُوبٌ vacib olaraq mensubdur, إِذَا كَانَ olduqda, بَعْدَ إِلاَّ illâ sözündən sonra, غَيْرَ الصِّفَةِ sifət istisna olmaqla, sifət olmayan “ğayr” sözündən, فِي كَلاَمٍ bir kəlamda, مُوجَبٍ müsbət olan, yəni nəfy, nəhy, istifham olmayan, تَامٍّ tam olan, yəni müstəsna minh də zikr olunmuş olacaq, نَحْوُ misalı belədir; جَاءَنِي الْقَوْمُ إِلاَّ زَيْدًا “Zeyd istisna olmaqla mənə qövm gəldi” kimi. أَوْ və ya müstəsna, مُقَدَّمًا qabağa çəkilmiş olduğu halda vacib olaraq mensubdur, عَلَى الْمُسْتَثْنَى مِنْهُ, müstəsna minh olan sözün üzərinə, نَحْوُ misalı belədir; مَا جَاءَنِي إِلاَّ زَيْدًا أَحَدٌ “Mənə Zeyd istisna heç kim gəlmədi” kimi. أَوْ və ya müstəsna, مُنْقَطِعًا munkatı’ olduğu halda vacib olaraq mensub olur, نَحْوُ misalı belədir; جَاءَ الْقَوْمُ إِلاَّ حِمَارًا “Qövm gəldi, ancaq eşşək istisna, yəni eşşək gəlmədi” kimi, أَوْ və ya müstəsna, كَانَ olarsa, بَعْدَ خَلاَ أَوْ عَدَا xala və ya 'ada sözündən sonra, فِي الْأَكْثَرِ əksər hallarda, أَوْ və ya, مَا خَلاَ أَوْ مَا عَدَا ma xala və ya ma 'ada sözündən sonra, أَوْ لَيْسَ və ya leyse'dən sonra, أَوْ لاَ يَكُونُ və ya la yekunu sözündən sonra müstəsna vacib olaraq mensubdur.
Mətnin Ümumi Mənası: Müstəsnanın vacib olaraq mensub olduğu yerlər;
*Cümlədə, müstəsna minh də zikr olunan tam və müsbət (nəfy, nəhy olmayan) və sifət üçün olmayan illâ-dan sonra gəldikdə müstəsna vacib olaraq mensubdur, misal;
جَاءَنِي الْقَوْمُ إِلاَّ زَيْدًا
“Mənə qövm gəldi, ancaq Zeyd istisna -gəlmədi-“ tərkibində زَيْدًا sözü müstəsnadır, vacib olaraq mensubdur. Çünki tam və müsbət bir cümlədə sifət olmayan illâ sözündən sonra zikr olunmuşdur.
*Müstəsna, müstəsna minh olan sözdən əvvəl gəldikdə vacib olaraq mensub olur, misal;
مَا جَاءَنِي إِلاَّ زَيْدًا أَحَدٌ
“Mənə Zeyddən başqa heç kim gəlmədi” ifadəsində زَيْدًا sözü müstəsnadır və mütləq şəkildə mənsubdur. Çünki müstəsna minh olan أَحَدٌ sözündən əvvəl gəlmişdir.
*İlladan sonra gələn müstəsna munkatı olduğu zaman mütləq şəkildə mənsub olur, misal:
جَاءَ الْقَوْمُ إِلاَّ حِمَارًا
“Qövm gəldi, ancaq eşşək istisna – gəlmədi” ifadəsində الْقَوْمُ sözü müstəsna minhdir, إِلاَّ istisna edatı və حِمَارًا sözü də müstəsna-i munkatı’dır, çünki الْقَوْمُ sözünün ifadə etdiyi mənadan ayrılmışdır, yəni kəsilmişdir.
*Müstəsna, çox istifadə halında خَلاَ və عَدَا sözlərindən sonra mütləq şəkildə mənsub olur, misal:
جَاءَ الْقَوْمُ خَلاَ زَيْدًا
جَاءَ الْقَوْمُ عَدَا زَيْدًا
“Zeyd istisna olmaqla qövm gəldi” ifadəsində الْقَوْمُ sözü müstəsna minh, خَلاَ və عَدَا sözləri illaya bənzəyən edatlar, زَيْدًا sözü isə müstəsnadır.
*Müstəsna, مَا خَلاَ və مَا عَدَا sözlərindən sonra gəldikdə mütləq şəkildə mənsub olur, misal:
جَاءَ الْقَوْمُ مَا خَلاَ زَيْدًا
جَاءَ الْقَوْمُ مَا عَدَا زَيْدًا
“Zeyd istisna olmaqla qövm gəldi” ifadəsində الْقَوْمُ sözü müstəsna minh, خَلاَ مَا və عَدَا مَا sözləri illaya bənzəyən edatlar, زَيْدًا sözü isə müstəsnadır. Buradakı مَا sözləri ma-i masdariyyədir.
*Müstəsna لَيْسَ “deyil” və لاَ يَكُونُ “olmaz” sözlərindən sonra gəlirsə, mütləq şəkildə mənsub olur, misal:
جَاءَ الْقَوْمُ لَيْسَ زَيْدًا
جَاءَ الْقَوْمُ لاَ يَكُونُ زَيْدًا
“Qövm gəldi, Zeyd deyil” ifadəsində زَيْدًا sözü müstəsnadır və لَيْسَ “deyil” və لاَ يَكُونُ “olmaz” sözlərindən sonra gəldiyi üçün mütləq şəkildə mənsubdur.