Halə Aid Hökm 2
وَ يَجُوزُ تَعَدُّدُ الْحَالِ، نَحْوُ؛ جَاءَنِي زَيْدٌ رَاكِبًا ضَاحِكًا وَ يَجُوزُ حَذْفُ عَامِلِ الْحَالِ بِقَرِينَةٍ، نَحْوُ؛ رَاشِدًا مَهْدِيًّا لِمَنْ قَالَ أُرِيدُ السَّفَرَ
وَ يَجُوزُ və caizdir, تَعَدُّدُ الْحَالِ halın bir neçə olması, نَحْوُ misal olaraq; جَاءَنِي زَيْدٌ رَاكِبًا ضَاحِكًا "Zeyd həm gülərək, həm də minərək mənə gəldi" kimi, وَ يَجُوزُ və caizdir, حَذْفُ hazf olunması, عَامِلِ الْحَالِ halın amili olan sözün, بِقَرِينَةٍ bir dəlil olduğu zaman, نَحْوُ misal olaraq; رَاشِدًا مَهْدِيًّا "Rüşd və hidayət üzərində get" deyilir, لِمَنْ قَالَ belə deyənə, أُرِيدُ السَّفَرَ "Səfərə çıxmaq istəyirəm" deyən birinə.
Mətnin Ümumi Mənası: Halın bir neçə olması caizdir, misal;
جَاءَنِي زَيْدٌ رَاكِبًا ضَاحِكًا
"Zeyd həm gülərək, həm də minərək mənə gəldi" ifadəsində رَاكِبًا və ضَاحِكًا sözləri زَيْدٌ sözündən haldır.
*Yenə də, bir dəlil olduğu zaman halın amilinin hazf olunması caizdir, misal;
أُرِيدُ السَّفَرَ
"Səfərə çıxmaq istəyirəm" deyən birinə belə cavab verilir;
رَاشِدًا مَهْدِيًّا
"Rüşd və hidayət üzərində get" deyilir. رَاشِدًا və مَهْدِيًّا sözləri hazf olunmuş سِرْ (get) felinin altında gizli olan أَنْتَ (sən) zamirindən haldır və əsli سِرْ رَاشِدًا مَهْدِيًّا şəklindədir. أُرِيدُ السَّفَرَ ifadəsi dəlil təşkil etdiyi üçün سِرْ رَاشِدًا مَهْدِيًّا cümləsində رَاشِدًا və مَهْدِيًّا sözlərinin amili olan سِرْ əmr felinin hazf olunması caizdir.