Halə Aid Hökm
وَ عَامِلُهَا الْفِعْلُ أَوْ شِبْهُهُ أَوْ مَعْنَاهُ وَ شَرْطُهَا أَنْ تَكُونَ نَكِرَةً وَ لاَ تَتَقَدَّمُ عَلَى الْعَمَلِ الْمَعْنَوِيِّ وَ لاَ عَلَى ذِي الْحَالِ الْمَجْرُورِ، فَلاَ يُقَالُ مَرَرْتُ جَالِسًا بِزَيْدٍ. وَ لَوْ كَانَ صَاحِبُهَا نَكِرَةً مَحْضَةً وَجَبَ تَقْدِيمُ الْحَالِ عَلَيْهَا، نَحْوُ؛ جَاءَنِي رَاكِبًا رَجُلٌ
وَ عَامِلُهَا yəni halın amili, الْفِعْلُ fel, أَوْ شِبْهُهُ və ya onun yəni felin oxşarı, yəni şibh-i fel, أَوْ مَعْنَاهُ və ya felin mənasında olan, yəni mənâ-i fel, وَ شَرْطُهَا halın şərti, أَنْ تَكُونَ olmasıdır, نَكِرَةً nekirə isim, وَ لاَ تَتَقَدَّمُ və hal olan söz önə keçə bilməz, عَلَى الْعَمَلِ الْمَعْنَوِيِّ mənəvi amil (mənâ-i fel) üzərinə, وَ لاَ və yenə caiz deyil, عَلَى ذِي الْحَالِ halın sahibinin üzərinə keçməsi, الْمَجْرُورِ hərf-i cər və ya izafətlə məcrur olan, فَلاَ يُقَالُ bu səbəbdən belə deyilə bilməz; مَرَرْتُ جَالِسًا بِزَيْدٍ deyilə bilməz. وَ لَوْ كَانَ əgər olsa, صَاحِبُهَا halın sahibi, نَكِرَةً مَحْضَةً tam nekirə, sırf nekirə, وَجَبَ lazımdır, تَقْدِيمُ الْحَالِ halın önə çəkilməsi, عَلَيْهَا onun, yəni hal sahibinin üzərinə, نَحْوُ misal olaraq; جَاءَنِي رَاكِبًا رَجُلٌ "Minici olaraq mənə bir adam gəldi" kimi.
Mətnin Ümumi Mənası: Fel, şibh-i fel və mənâ-i fel hal olan sözün amilidir. Halın şərti nekirə olmasıdır, misal;
جَاءَنِي زَيْدٌ وَحْدَهُ
"Zeyd tək olaraq mənə gəldi" ifadəsində وَحْدَ sözü ـهُ zamirinə izafə edilərək marifə olmuşdur. Lakin hal olaraq gəldiyi üçün nekirə isim olan مُنْفَرِدًا "Tək, münfərid" kimi təvil edilir.
*Hal, mənəvi amilinin üzərinə, yəni mənâ-i felin üzərinə önə çəkilə bilməz, yəni önə keçə bilməz, misal;
هَذَا زَيْدٌ قَائِمًا
“Bu adam ayaqda olduğu halda Zeyd’dir” ifadəsində قَائِمًا sözü hal’dır. Hal olan قَائِمًا sözü qabağa çəkilərək قَائِمًا هَذَا زَيْدٌ demək caiz deyil.
*Həmçinin hal, hərf-i cər və ya izafətlə məcrur olan zil-hal (hal sahibi) üzərinə qabağa çəkilə bilməz, misal:
مَرَرْتُ جَالِسًا بِزَيْدٍ
Bu tərkib qurula bilməz. Bu tərkibdəki جَالِسًا sözü hərf-i cər ilə məcrur olan زَيْدْ sözündən hal’dır. Az öncəki maddədə qeyd olunduğu kimi, məcrur olan zil-hal’in, yəni misaldakı زَيْدْ sözünün hal’i özündən əvvəl deyilə bilməz. Doğrusu:
مَرَرْتُ بِزَيْدٍ جَالِسًا
“Oturucu olduğu halda Zeyd’in yanından keçdim” şəklindədir.
*Əgər hal’in sahibi, yəni zil-hal saf (tam) bir nekirə olarsa, o zaman hal’in zil-hal üzərinə qabağa çəkilməsi vacib olur, misal:
جَاءَنِي رَاكِبًا رَجُلٌ
“Minici olaraq mənə bir adam gəldi” ifadəsində hal olan رَاكِبًا sözü kimi. Bu tərkibdə رَجُلٌ sözü isə zil-hal’dır. Əslində:
جَاءَنِي رَجُلٌ رَاكِبًا
“Minici olaraq mənə bir adam gəldi” şəklindədir.