6. Hal
وَ السَّادِسُ الْحَالُ؛ وَ هِيَ مَا يَبَيِّنُ هَيْئَةَ الْفَاعِلِ أَوِ الْمَفْعُولِ بِهِ لَفْظًا أَوْ مَعْنًى، مِثْلُ ضَرَبْتُ زَيْدًا قَائِمًا وَ هَذَا زَيْدٌ قَائِمًا
وَ السَّادِسُ On üç olan mamul-u mansubların altıncısı; الْحَالُ hal olan söz, وَ هِيَ ve o hal, مَا öyle bir sözdür ki, يَبَيِّنُ açıqlayır, هَيْئَةَ الْفَاعِلِ failin vəziyyətini, أَوِ الْمَفْعُولِ بِهِ ya da meful-u bih olan sözün, لَفْظًا söz baxımından, أَوْ مَعْنًى ya da məna baxımından, مِثْلُ kimi; ضَرَبْتُ زَيْدًا قَائِمًا "Ayaqda olduğu halda Zeydi vurdum" kimi və هَذَا زَيْدٌ قَائِمًا "Bu ayaqda olduğu halda Zeyddir" kimi.
Mətnin Ümumi Mənası: 13 olan mamul-u mansubların altıncısı hal olan sözdür. Hal, söz və ya məna baxımından fail və ya mefulun vəziyyətini açıqlayan sözdür, misal;
ضَرَبْتُ زَيْدًا قَائِمًا
"Ayaqda olduğu halda Zeydi vurdum" ifadəsində ضَرَبْتُ feil və faildir, زَيْدًا sözü meful-u bihtir və mefulun vəziyyətini açıqlayan söz isə قَائِمًا sözüdür və زَيْدًا sözündən haldır.
هَذَا زَيْدٌ قَائِمًا
"Bu ayaqda olduğu halda Zeyddir" ifadəsində هَذَا işarə ismidir, زَيْدٌ sözü işarə olunan şəxsdir və mübtəda olan هَذَا sözünün xəbəridir. Əgər هَذَا ilə "işarə edirəm, xəbər verirəm ki bu ..." mənası nəzərdə tutulursa زَيْدٌ sözü məna baxımından mefuldur. Çünki هَذَا sözündə هَا xəbərdarlıq, ذَا işarə bildirir. قَائِمًا sözü isə زَيْدٌ sözünün halıdır və onu mansub edən ya xəbərdarlıq bildirən هَا hərfindən başa düşülən أُنَبِّهُ "Xəbər verirəm" feili və ya ذَا işarə ismindən başa düşülən أُشِيرُ "İşarə edirəm" feilidir.