5. Məf'ul-u Məah
وَ الْخَامِسُ الْمَفْعُولُ مَعَهُ؛ وَ هُوَ الْمَذْكُورُ بَعْدَ الْوَاوِ لِمُصَاحَبَةِ مَعْمُولِ عَامِلٍ، نَحْوُ؛ جِئْتُ وَ زَيْدًا. وَ لاَ يَجُوزُ تَقْدِيمُهُ عَلَى عَامِلِهِ وَ لاَ عَلَى الْمُعْمُولِ الْمُصَاحِبِ وَ لاَ يَجُوزُ تَعَدُّدُهُ
وَ الْخَامِسُ On üç mamul-u mansublardan beşincisi; الْمَفْعُولُ مَعَهُ meful-u meah’dır. وَ هُوَ ve o meful-u meah, الْمَذْكُورُ qeyd olunan, بَعْدَ الْوَاوِ birliktelik mənasında olan vav hərfindən sonra, لِمُصَاحَبَةِ birlikdə olduğunu ifadə etmək üçün, مَعْمُولِ عَامِلٍ bir amilin mamulu ilə, نَحْوُ misal olaraq; جِئْتُ وَ زَيْدًا "Mən Zeyd ilə gəldim" kimi. وَ لاَ يَجُوزُ və caiz deyil, تَقْدِيمُهُ meful-u meah olan sözün amilindən əvvəl gəlməsi, عَلَى عَامِلِهِ amilinin önünə, وَ لاَ və yenə caiz deyil, عَلَى الْمُعْمُولِ mamulun önünə, الْمُصَاحِبِ birlikdə olduğu sözün önünə, وَ لاَ يَجُوزُ və yenə caiz deyil, تَعَدُّدُهُ meful-u meah’ın bir neçə olması.
Mətnin Ümumi Mənası: 13 mamul-u mansublardan beşincisi Meful-u meah’dır. Meful-u meah, bir amilin mamulu ilə birlikdə olduğunu, yəni birlikdəlik mənasını ifadə etmək üçün vav hərfindən sonra zikr olunan mansub sözdür, misal:
جِئْتُ وَ زَيْدًا
"Mən Zeyd ilə gəldim" ifadəsində زَيْدًا sözü meful-u meah’dır. Meful-u meah olan زَيْدًا sözü "gəlmək" felinin faili ilə eyni hərəkətdə olduğunu bildirir.
إِسْتَوَى الْمَاءُ وَ النَّارَ
"Su, od ilə birlikdə oldu" ifadəsində meful-u meah olan النَّارَ sözü, إِسْتَوَى felinin faili olan الْمَاءُ sözü ilə (hər hansı bir baxımdan) bərabər və ya birlikdə olduğunu bildirir.
كَفَاكَ وَ زَيْدًا دِرْهَمٌ
"Sənə və Zeydə bir dirhəm kifayət etdi" ifadəsində meful-u meah olan زَيْدًا sözü, كَفَى felinə birləşən كَ zamiri olan fail ilə eyni mövqedədir və كَ zamirinə kifayət edən bir dirhəmdə ortaqdırlar.
*Meful-u meah olan sözü amilinin və birlikdə olduğu sözün önünə gətirmək caiz deyil.
*Meful-u meah’ın bir neçə olması da caiz deyil. Çünki davamlı birlikdəlik mənasında olan vav edatı istifadə edilməli olardı. Bu isə söz baxımından lazımsızdır.