4. Məf'ul-u Leh & Ləclih
وَ الرَّابِعُ الْمَفْعُولُ لَهُ؛ وَ هُوَ اِسْمُ مَا فُعِلَ لِأَجْلِهِ مَضْمُونُ عَامِلِهِ وَ شَرْطُ نَصْبِهِ لَفْظًا تَقْدِيرُ اللَّامِ وَ قَدْ مَرَّ شَرْطُ تَقْدِيرِهِ. وَ يَجُوزُ تَقْدِيمُهُ عَلَى عَامِلِهِ وَ تَرْكُهُ وَ حَذْفُ عَامِلِهِ لِقَرِينَةٍ
وَ الرَّابِعُ On üç mamul-u mansublardan dördüncüsü; الْمَفْعُولُ لَهُ meful-u leh’dir. وَ هُوَ və o meful-u leh, اِسْمُ مَا elə bir şeyin adıdır ki, فُعِلَ onun üçün əməl olunub, لِأَجْلِهِ o şey üçün, مَضْمُونُ عَامِلِهِ amilinin məzmununu daşıyır, وَ شَرْطُ نَصْبِهِ meful-u leh’in mansub olması üçün şərt, لَفْظًا söz olaraq, تَقْدِيرُ اللَّامِ lam hərfi-cərrinin təqdiridir, وَ قَدْ مَرَّ lakin bu mövzu keçib, شَرْطُ تَقْدِيرِهِ lam hərfinin təqdirinin şərti. وَ يَجُوزُ və caizdir, تَقْدِيمُهُ meful-u leh’in amilindən əvvəl gəlməsi, عَلَى عَامِلِهِ amilinin, وَ تَرْكُهُ və tərk olunması, وَ حَذْفُ عَامِلِهِ və amilinin hazf olunması, لِقَرِينَةٍ bir karinə olduğu halda.
Mətnin Ümumi Mənası: 13 mamul-u mansublardan dördüncüsü Meful-u Leh (Ləeclihi)’dir. Meful-u Leh, amilinin əməli onun üçün (onun səbəbi ilə, onun ucbatından) edilən şeyə işarə edən isimdir. Qısaca "nə üçün" sualına felin verdiyi cavabdır, misal;
ضَرَبْتُ زَيْدًا تَأْدِيبًا
“Zeydi tərbiyə etmək üçün vurdum” ifadəsində تَأْدِيبًا sözü meful-u leh’dir.
Meful-u Leh’in söz olaraq mansub olması üçün şərt, həmin mefulə lam hərfi-cərrinin təqdir edilməsidir. Bu lam hərfi-cərr səbəb (tə'lil) üçün istifadə olunur. Yuxarıdakı misalda تَأْدِيبًا sözünün əvvəlində sanki bir lam-ı tə'lil varmış kimi qəbul edilir. Bu lam’ın gizlədilməsinin şərti ilk dərslərdə keçib.
*Meful-u leh’in amilindən əvvəl gəlməsi, meful-u leh’i tərk etmək və amilini bir karinə olduğu halda hazf etmək də caizdir, misal;
لِمَ ضَرَبْتَ زَيْدًا؟
“Zeydi niyə vurdun?” deyə soruşan birinə cavab olaraq;
تَأْدِيبًا
“Tərbiyə etmək üçün” deyilə bilər.
Meful-u leh’in söz olaraq mansub olması şərti lam hərfi-cərrinin gizlədilməsidir, lakin gizlədilmədikdə cümlədə açıq şəkildə ifadə olunduğu halda bu meful-u leh söz olaraq mecrur olur, məhəllən mansub olur.