6. İnne Babının Xəbəri
وَ السَّادِسُ؛ خَبَرُ بَابِ إِنَّ، وَ أَمْرُهُ كَأَمْرِ خَبَرِ الْمُبْتَدَإِ لَكِنْ لاَ يَجُوزُ تَقْدِيمُهُ عَلَى اِسْمِهِ إِلاَّ أَنْ يَكُونَ ظَرْفًا، نَحْوُ؛ إِنَّ فِي الدَّارِ رَجُلاً
وَ السَّادِسُ Doqquz ədəd olan mamul-u mərfuların altıncısı; خَبَرُ بَابِ إِنَّ inne babının xəbəridir, yəni ismini nasb, xəbərini ref edən inne və (oxşarları) qardaşları olan fellərdir. İnne və oxşar olan ədətlərə, fellərə bənzədiyinə görə “hurufun müşebbehetun bilfiili” yəni fellərə bənzəyən hərflər də deyilir. وَ أَمْرُهُ və inne babının xəbərinin işi, كَأَمْرِ خَبَرِ الْمُبْتَدَإِ mübtədanın xəbərinin işi kimidir, لَكِنْ lakin, لاَ يَجُوزُ caiz deyil, تَقْدِيمُهُ bu inne babının xəbərinin önə keçməsi, عَلَى اِسْمِهِ inne babının isminin önünə, إِلاَّ ancaq keçər, أَنْ يَكُونَ olması halında, ظَرْفًا inne babının xəbərinin zərf olması halında, نَحْوُ misalı belədir; إِنَّ فِي الدَّارِ رَجُلاً “Şübhəsiz ki evdə bir adam var” tərkibindəki فِي الدَّارِ kimi.
Mətnin Ümumi Mənası: 9 ədəd olan mamul-u mərfuların altıncısı inne və oxşarlarının xəbəri olan sözlərdir. İnne babının xəbərinin işi, mübtədanın xəbərinin işi kimidir. Lakin inne babının xəbəri, inne babının isminin önünə xəbər zərf olmadığı müddətcə keçə bilməz. Misal;
إِنَّ فِي الدَّارِ رَجُلاً
“Şübhəsiz ki evdə bir adam var” tərkibində فِي الدَّارِ kimi. Bu tərkibdə فِي الدَّارِ carr-mecruru inne'nin mukaddəm (önə keçmiş) xəbəridir və mahallen mərfudur, mahzuf olan كَائِنٌ sözünə aid olan bir zərf-i müstəqardır. رَجُلاً sözü isə inne'nin muəxhar (sonra gələn) ismidir.
إِنَّ اللهَ تَعَالَى عَالِمٌ
“Şübhəsiz ki Allah-u Təala biləndir” tərkibində inne, ismini nasb, xəbərini ref edən ədatlardandır, Allahə sözü onun ismidir və alimun sözü isə onun xəbəridir.
إِنَّ زَيْدًا مَرِيضٌ
Şübhəsiz ki Zeyd xəstədir