5. Kanə Babının Adı
وَ الْخَامِسُ؛ إِسْمُ بَابِ كَانَ وَ حُكْمُهُ حُكْمُ الْفَاعِلِ
وَ الْخَامِسُ Doqquz dənə olan mamul-u merfuların beşincisi; إِسْمُ بَابِ كَانَ kâne babının ismidir, yəni ismini ref, xəbərini nasb edən kâne və onun (oxşarları) olan nakıs fellərdir. وَ حُكْمُهُ və onun, yəni nakıs fellərin isimlərinin hökmü, حُكْمُ الْفَاعِلِ failin hökmüdür, yəni failin hökmü kimidir. Hökm baxımından eynidirlər.
Mətnin Ümumi Mənası: 9 dənə olan mamul-u merfuların beşincisi kâne və oxşarlarının ismi olan sözlərdir. Bu sözlərin hökmü failin hökmü kimidir. Kâne və oxşarlarına nakıs fellər deyilir və ismini ref, xəbərini nasb edən edatlardır. Nakıs fellər bir neçədir. Ətraflı məlumat üçün əvvəlki dərslərə və ya Nahiv bilgisi dərslərinə baxa bilərsiniz. Nakıs fel olan kâne-yə bir misal:
كَانَ اللهُ تَعَالَى عَالِمًا
“Allah-u Təala biləndir” tərkibində kâne nakıs fildir, Allahu sözü onun ismidir və alimən sözü isə onun xəbəridir.
كَانَ زَيْدٌ مَرِيضًا
Zeyd xəstə oldu
كَانَ زَيْدٌ قَائِمًا
Zeyd ayaqdadır