b. Vasif isim olub sual və ya nəfy'dən sonrakı mübtəda
وَ الثَّانِي؛ اَلصِّفَةُ الْوَاقِعَةُ بَعْدَ كَلِمَةِ الْإِسْتِفْهَامِ أَوِ النَّفْيِ رَافِعَةً لِظَاهِرٍ، نَحْوُ؛ أَ قَائِمٌ الزَّيْدَانِ؟ وَ مَا قَائِمٌ الزَّيْدَانِ. وَ لاَ خَبَرَ لِهَذَا الْمُبْتَدَإِ لِكَوْنِهِ بِمَعْنَى الْفِعْلِ بَلْ فَاعِلُهُ سَادٌّ مَسَدَّ الْخَبَرِ
وَ الثَّانِي iki hissədən ibarət olan mübtədanın ikinci hissəsi; اَلصِّفَةُ sifətdir, elə sifət ki الْوَاقِعَةُ vaki olur, بَعْدَ sonra, كَلِمَةِ الْإِسْتِفْهَامِ istifham (sual) kəlməsindən, أَوِ və ya, النَّفْيِ nefy kəlməsindən, رَافِعَةً ref edən olaraq, لِظَاهِرٍ zahir bir ismi, نَحْوُ misalı belədir; أَ قَائِمٌ الزَّيْدَانِ? “İki Zeyd ayaqdadırmı?” və مَا قَائِمٌ الزَّيْدَانِ “İki Zeyd ayaqda deyil” tərkiblərindəki قَائِمٌ ism-i fail kimi, وَ لاَ خَبَرَ xəbər yoxdur, لِهَذَا الْمُبْتَدَإِ bu cür mübtədalarda, لِكَوْنِهِ olduğu üçün, بِمَعْنَى الْفِعْلِ fiil mənasında, çünki misallardakı قَائِمٌ sözü əslində قَامَ kimi fiil mənasındadır, بَلْ əksinə, فَاعِلُهُ mübtədanın faili, سَادٌّ keçici olur, مَسَدَّ الْخَبَر xəbərin olduğu yerdə.
Mətnin Ümumi Mənası: İki hissədən ibarət olan mübtədanın ikinci hissəsi; istifham və ya nefy kəlməsindən sonra zahir ismi ref edən olaraq vaki olan sifətdir, yəni vasfedici olan ism-i fail, ism-i meful, ism-i tafdil, ism-i mensub, ism-i tasgir, sifət-i müşebbehe kimi ifadələrdir. Misal;
أَ قَائِمٌ الزَّيْدَانِ؟
“İki Zeyd ayaqdadırmı?” və,
مَا قَائِمٌ الزَّيْدَانِ
“İki Zeyd ayaqda deyil” tərkiblərindəki قَائِمٌ ism-i fail kimidir.
Fiil mənasında olduğuna görə bu cür mübtədanın xəbəri gəlmir. Lakin onların failleri keçici olaraq xəbər yerinə keçir.