a. Sarih isim və ya sarih isimlə müəvvəl olan mübtəda

اَلْأَوَّلُ؛ اَلْإِسْمُ أَوِ الْمُؤَوَّلُ بِهِ الْمُسْنَدُ إِلَيْهِ الْمُجَرَّدُ عَنِ الْعَوَامِلِ اللَّفْظِيَّةِ، نَحْوُ؛ زَيْدٌ قَائِمٌ وَ حَقٌّ أَنَّكَ قَائِمٌ، وَ لاَ بُدَّ لَهُ مِنْ خَبَرٍ

اَلْأَوَّلُ iki hissədən ibarət olan mübtədanın birinci hissəsi; اَلْإِسْمُ açıq, sarih olan isimdir, أَوِ və ya, الْمُؤَوَّلُ بِهِ onunla, yəni sarih olan isimlə təvil olunan, müevvel olan söz, الْمُسْنَدُ إِلَيْهِ müsnedun ileyh (özünə isnad olunan), الْمُجَرَّدُ mücərrəd olan, عَنِ الْعَوَامِلِ amillərdən, اللَّفْظِيَّةِ ləfzi olan, نَحْوُ misalı belədir; زَيْدٌ قَائِمٌ "Zeyd ayaqdadır", və حَقٌّ أَنَّكَ قَائِمٌ "Sənin ayaqda olmağın haqdır, yəni gerçəkdir" kimi, وَ لاَ بُدَّ və mütləqdir, لَهُ o mübtəda üçün, مِنْ خَبَرٍ nekirə bir xəbərin gəlməsi lazımdır.

Mətnin Ümumi Mənası: İki hissədən ibarət olan mübtədanın birinci hissəsi: Ləfzi amillərdən uzaq olan, yəni mücərrəd olan və özünə bir şey isnad olunan, yəni müsnedun ileyh olan sarih isim və ya sarih isimlə təvil olunan söz. Misalları;

زَيْدٌ قَائِمٌ

"Zeyd ayaqdadır" və,

حَقٌّ أَنَّكَ قَائِمٌ

"Sənin ayaqda olmağın haqdır, yəni gerçəkdir" kimidir. Mübtəda üçün nekirə bir xəbərin gəlməsi mütləqdir. Yəni tərkibdə birinci hissə olan mübtəda ilə ona isnad olunan bir xəbərin mütləq olması lazımdır.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › a. Sarih isim və ya sarih isimlə müəvvəl olan mübtəda
🎓
Xoş gəldiniz! Sual soruşun!