Cəmi müənnəs salim
وَ الْجَمْعُ الْمُؤَنَّثُ السَّالِمُ؛ مَا لَحِقَ آخِرَ مُفْرَدِهِ أَلِفٌ وَ تَاءٌ، نَحْوُ؛ مُسْلِمَاتٍ
وَ الْجَمْعُ الْمُؤَنَّثُ السَّالِمُ və cəmi müənnəs salim olan sözə gəldikdə, مَا elə bir sözdür ki, لَحِقَ qoşulur, آخِرَ sonuna, مُفْرَدِهِ o müənnəs sözün müfrədinin, أَلِفٌ وَ تَاءٌ elif və ta hərfləri, نَحْوُ misalı belədir; مُسْلِمَاتٍ "Müsəlman qadınlar" kimi.
Mətnin Ümumi Mənası: Cəmi müənnəs salim isimlər, müfrəd müənnəs bir sözün sonuna elif və ta hərfləri əlavə edilməklə əldə olunur. Cəmi müənnəs salim olan sözlərin rəf əlaməti son hərfinin hərəkəsinin dammə olması ilə, nəsb və cərr əlamətində isə son hərfinin kəsrə olması ilə fərqlənir. Misal;
مُسْلِمَاتٌ
"Müsəlman qadınlar" kimi.
| Mənalar | Rəf Hali | Nəsb Hali | Cərr Hali |
| Müsəlman Qadınlar | مُسْلِمَاتٌ | مُسْلِمَاتٍ | مُسْلِمَاتٍ |
| Mömin Qadınlar | مُؤْمِنَاتٌ | مُؤْمِنَاتٍ | مُؤْمِنَاتٍ |
| Səmalar | سَمَوَاتٌ | سَمَوَاتٍ | سَمَوَاتٍ |