Sayılarda müzəkkərlik və müənnəslik
وَ هَذَا فِي غَيْرِ ثَلَثَةٍ إِلَى عَشَرَةٍ فَإِنَّ مُذَكَّرَهَا بِالتَّاءِ وَ مُؤَنَّثَهَا بِحَذْفِهَا، نَحْوُ؛ ثَلَثَةُ رِجَالٍ وَ أَرْبَعُ نِسْوَةٍ. وَ إِذَا رُكِبَتْ ثَلَثَةٌ إِلَى تِسْعَةٍ مَعَ عَشَرَةٍ أُثْبِتَتِ التَّاءُ فِي الْأَوَّلِ فَقَطْ فِي الْمُذَكَّرِ، نَحْوُ؛ ثَلَثَةَ عَشَرَ رَجُلاً وَ فِي الثَّانِي فَقَطْ فِي الْمُؤَنَّثِ، نَحْوُ؛ ثَلَثَ عَشَرَةَ إِمْرَأَةً
وَ هَذَا və bu "tə" hərfinin müənnəs əlaməti olması, فِي غَيْرِ istisnadır, ثَلَثَةٍ إِلَى عَشَرَةٍ üçdən ona qədər olan sadə sayılarda, فَإِنَّ çünki 3-dən 10-a qədər olan ədəd isimlərinin, مُذَكَّرَهَا müzəkkeri, بِالتَّاءِ "tə" hərfi ilədir, وَ مُؤَنَّثَهَا və müənnəsi isə, بِحَذْفِهَا "tə" hərfinin ixtisarı ilədir, نَحْوُ misal belədir; ثَلَثَةُ رِجَالٍ "Üç kişi" və أَرْبَعُ نِسْوَةٍ "Dörd qadın" kimi. وَ إِذَا رُكِبَتْ hər dəfə tərkib olunsa, ثَلَثَةٌ إِلَى تِسْعَةٍ üçdən doqquza qədər, مَعَ عَشَرَةٍ on ilə birlikdə, yəni 13-dən 19-a qədər, أُثْبِتَتِ التَّاءُ "tə" hərfi sabit qalır, فِي الْأَوَّلِ birinci hissədə, yəni birlər mərtəbəsində, فَقَطْ yalnız, فِي الْمُذَكَّرِ müzəkkerlərdə, نَحْوُ misal belədir; ثَلَثَةَ عَشَرَ رَجُلاً "On üç kişi" kimi, وَ فِي الثَّانِي ikinci hissədə, yəni onlar mərtəbəsini göstərən sayda, فَقَطْ فِي الْمُؤَنَّثِ yalnız müənnəslərdə "tə" sabit qalır, نَحْوُ misal belədir; ثَلَثَ عَشَرَةَ إِمْرَأَةً "On üç qadın" kimi.
Mətnin Ümumi Mənası: 3-dən 10-a qədər olan sadə sayılarda müzəkker "tə" ilə, müənnəs isə "tə" hərfinin ixtisarı ilədir. Misal;
ثَلَثَةُ رِجَالٍ
"Üç kişi" və,
أَرْبَعُ نِسْوَةٍ
"Dörd qadın" kimidir.
Əgər 3-dən 9-a qədər olan rəqəmlər 10 rəqəmi ilə birləşdirilərsə, yəni 13-dən 19-a qədər bir ədəd yaranarsa, o halda mə'dud (sayılan) müzekkər olan ədədin (rəqəmin) birlər mərtəbəsi "ta" ilə mə'dud sözünə zidd olaraq gəlir, lakin onlar mərtəbəsi "ta" olmadan gəlir. Eyni qaydada mə'dud müənnəs olarsa, birlər mərtəbəsi mə'duda zidd olaraq "ta" olmadan gəlir, lakin onlar mərtəbəsi "ta" ilə gəlir. Misallar:
ثَلَثَةَ عَشَرَ رَجُلاً
"On üç adam" birləşməsində olduğu kimi. Bu birləşmədə ədəd olan ثَلَثَةَ عَشَرَ sözüdür. Mə'dud isə müzekkər olan رَجُلاً sözüdür. Mürekkəb olan ədədin birlər mərtəbəsi "ta" ilə ثَلَثَةَ kimi gəlmişdir. Bir çox yerdə ثَلَثَةَ sözünü elif hərfi ilə ثَلاَثَةَ kimi görə bilərik, yüngüllük üçün elif hərfi hazf edilmişdir. 13-dən 19-a qədər olan sayılarda birlər mərtəbəsi olan rəqəm mə'dud olan sözün cinsiyyətinə zidd olaraq gəlir. Burada mə'dud olan رَجُلاً sözü müzekkərdir, buna görə də ədədin birlər mərtəbəsində "ta" hərfi olmalıdır.
ثَلَثَ عَشَرَةَ إِمْرَأَةً
"On üç qadın" birləşməsində isə mə'dud olan söz إِمْرَأَةً kimi müənnəs olaraq gəlmişdir. O halda yuxarıdakı izahlardan aydın olduğu kimi, bu mə'duda aid olan ədədin birlər mərtəbəsi də "ta" hərfi olmadan gəlməlidir. Nəticədə ثَلَثَ kimi müzekkər kimi gəlmişdir.
Qeyd: Sayılar mövzusunda daha ətraflı məlumat üçün tətbiqdəki "Ərəb dilində sayılar" adlı dərsləri nəzərdən keçirməyinizi tövsiyə edirik.