2. Naib-i Fail

وَ الثَّانِي نَائِبُ الْفَاعِلِ؛ وَ هُوَ مَا أُسْنِدَ إِلَيْهِ الْفِعْلُ التَّامُّ الْمَجْهُولُ أَوْ بِمَعْنَاهُ، نَحْوُ؛ ضُرِبَ زَيْدٌ وَ أَ مَضْرُوبٌ الزَّيْدَانِ؟

وَ الثَّانِي doqquz dənə olan mamul-u mərfu sözlərin ikincisi; نَائِبُ الْفَاعِلِ naib-i faildir, وَ هُوَ مَا və o naib-i fail elə bir şeydir ki; أُسْنِدَ isnad olunur, إِلَيْهِ ona, الْفِعْلُ fiil, التَّامُّ tam olan, الْمَجْهُولُ məchul olan, أَوْ və ya isnad olunur, مَا elə bir söz ki, بِمَعْنَاهُ tam fiilin mənasında, نَحْوُ misalı belədir; ضُرِبَ زَيْدٌ “Zeyd döyüldü” və أَ مَضْرُوبٌ الزَّيْدَانِ “İki Zeyd döyülənmi?” kimi.

Mətnin Ümumi Mənası: Ümumilikdə 9 dənə olan mamul-u mərfu sözlərin ikincisi naib-i faildir. Naib-i fail, özünə məchul olan tam fiil və ya onun mənasında olan fiil isnad olunan sözdür. Misal;

ضُرِبَ زَيْدٌ

“Zeyd döyüldü” tərkibində naib-i fail olan Zeyd sözü kimidir. Zeyd sözünə tam və məchul fiil olan “duribe” fiili isnad olunmuşdur.

أَ مَضْرُوبٌ الزَّيْدَانِ

“İki Zeyd döyülənmi?” tərkibində olan Zeydani sözü kimidir. Tam və məchul olan ضُرِبَ və ya يُضْرَبُ mənasında olan مَضْرُوبٌ ism-i məfulu isnad olunmuşdur.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › 2. Naib-i Fail
🎓
Xoş gəldiniz! Sual soruşun!