1. Fail

اَلْأَوَّلُ الْفَاعِلُ، وَ هُوَ مَا أُسْنِدَ إِلَيْهِ الْفِعْلُ التَّامُّ الْمَعْلُومُ أَوْ مَا بِمَعْنَاهُ، نَحْوُ؛ ضَرَبَ زَيْدٌ وَ أَ قَائِمٌ الزَّيْدَانِ وَ هَيْهَاتَ زَيْدٌ

اَلْأَوَّلُ doqquz dənə olan mamul-u mərfu ləfzlərin birincisi; الْفَاعِلُ faildir, وَ هُوَ مَا və o fail elədir ki; أُسْنِدَ isnad olundu, إِلَيْهِ o failə, الْفِعْلُ fiil, التَّامُّ tam olan, الْمَعْلُومُ məlum olan, أَوْ və ya isnad olunur, مَا elə bir ləfz ki, بِمَعْنَاهُ məlum olan tam fiil mənasında, نَحْوُ misalı belədir; ضَرَبَ زَيْدٌ “Zeyd vurdu” və أَ قَائِمٌ الزَّيْدَانِ “İki Zeyd ayaqdadırmı” və هَيْهَاتَ زَيْدٌ “Zeyd uzaq oldu” kimi.

Mətnin Ümumi Mənası: Ümumilikdə 9 dənə olan mamul-u mərfu ləfzlərin birincisi faildir. Fail, özünə məlum olan tam fiil və ya onun mənasında olan fiil isnad olunan ləfzdir. Misalı;

ضَرَبَ زَيْدٌ

“Zeyd vurdu” tərkibində fail olan Zeyd ləfzidir. Zeyd ləfzində tam və məlum fiil olan “darabe” fiili isnad olunub.

أَ قَائِمٌ الزَّيْدَانِ

“İki Zeyd ayaqdadırmı” tərkibində olan Zeydani ləfzidir. Tam və məlum olan قَامَ və ya يَقُومُ mənasında olan قَائِمٌ ism-i faili isnad olunub.

هَيْهَاتَ زَيْدٌ

“Zeyd uzaq oldu” tərkibində Zeyd ləfzı faildir və هَيْهَاتَ ləfzı isə tam və məlum olan بَعُدَ “uzaq oldu” mənasında ism-i fiildir və fail olan Zeyd ləfzına isnad olunub.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › 1. Fail
🎓
Xoş gəldiniz! Sual soruşun!