A1. Mamul-u Merfu | 9

أَمَّا الْمَرْفُوعُ فَتِسْعَةٌ

أَمَّا الْمَرْفُوعُ merfu olan sözlərə gəldikdə, فَ o merfular, تِسْعَةٌ doqquz dənədir.

Mətnin Ümumi Mənası: Ümumilikdə 25 ədəd və 4 hissədən ibarət olan mamul-u bil-asale olan mamulların birinci hissəsi merfu olan sözlərdir və bu sözlər də 9 dənədir.

Mamul-u Merfu
Fail اَلْفَاعِلُ
Naib-i Fail نَائِبُ الْفَاعِلِ
Mübtəda اَلْمُبْتَدَأُ
Mübtədanın Xəbəri خَبَرُ الْمُبْتَدَإِ
Kane babının ismi إِسْمُ بَابِ كَانَ
İnne babının xəbəri خَبَرُ بَابِ إِنَّ
Linefyil cins la'nın xəbəri خَبَرُ لاَ لِنَفْيِ الْجِنْسِ
Leyseye bənzəyən ma və la'nın ismi إِسْمُ مَا وَ لاَ الْمُشَبَّهَتَيْنِ بِلَيْسَ
Nevasıb və cevazımdan xali muzari feil اَلْمُضَارِعُ الْخَالِي عَنِ النَّوَاصِبِ وَ الْجَوَازِمِ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › A1. Mamul-u Merfu | 9
🎓
Xoş gəldiniz! Sual soruşun!