Qavlin məqulu olan cümlə

وَ مِنَ الْجُمْلَةِ الَّتِي أُرِيدَ لَفْظُهَا مَقُولُ الْقَوْلِ، نَحْوُ؛ قَوْلِهِ تَعَالَى؛ وَ إِذَا قِيلَ لَهُمْ آمِنُوا

وَ مِنَ الْجُمْلَةِ və cümlədəndir, الَّتِي o cümlə ki, أُرِيدَ iradə olundu, لَفْظُهَا o cümlənin ləfzı, مَقُولُ الْقَوْلِ sözün məqulu, نَحْوُ misalı belədir; قَوْلِهِ تَعَالَى؛ وَ إِذَا قِيلَ لَهُمْ آمِنُوا Allah-Təalanın bu sözündə olduğu kimi; “Onlara iman edin deyiləndə…Bəqərə 13” kimi.

Mətnin Ümumi Mənası: Sözün məqulu da ləfzı murad olunan cümlələrdəndir. Misal;

وَ إِذَا قِيلَ لَهُمْ آمِنُوا

“Onlara iman edin deyiləndə…” ayəsindəki قِيلَ felı قَوْلٌ məstərindən törəmiş məchul keçmiş felidir. آمِنُوا ləfzı isə əmr felı və faildən ibarət fel cümləsidir. Bu cümlənin ləfzı iradə olunmuşdur. آمِنُوا ləfzı قِيلَ felinin məqulu və naib-i fail olmaqla məhəllən mərfudur.

وَ الرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ

“Elm sahəsində möhkəm olanlar Ona inandıq deyirlər” (Ali-İmran 83) ayəsində آمَنَّا ləfzı fel+faildən ibarət fel cümləsi olmaqla yanaşı يَقُولُونَ felinin məqulu olmaqla məhəllən mənsubdur.

قُولُوا آمَنَّا بِاللهِ

“Allaha iman etdik deyin” (Bəqərə 136) ayəsində آمَنَّا ləfzı fel+faildən ibarət fel cümləsi olmaqla yanaşı قُولُوا felinin məqulu olmaqla məhəllən mənsubdur.

وَ إِنْ تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ أَ إِذَا كُنَّا تُرَابًا أَ إِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ

“Əgər təəccüblənəcəksənsə onların ‘Biz torpaq olduqdan sonra mı, yenidənmi yaradılacağıq?’ sözlərinə təəccüblən” (Ra’d 5) ayəsində فَعَجَبٌ ləfzindəki فَ hərfi fa-i cəzaidir, عَجَبٌ ləfzı qabaqcadan xəbər, قَوْلُهُمْ ləfzı isə sonradan mübtəda olur. Mübtəda və xəbərdən ibarət cümlə in-i şərtiyyənin cəzasıdır. أَ إِذَا كُنَّا تُرَابًا أَ إِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ cümləsi قَوْلُهُمْ məstərinin məqulu olmaqla məhəllən mənsubdur.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Qavlin məqulu olan cümlə
🎓
Xoş gəldiniz! Sual soruşun!