3.2.1 Fiel Cümləsi
فِعْلِيَّةٌ؛ وَ هِيَ الْمُرَكَّبَةُ مِنَ الْفِعْلِ لَفْظًا أَوْ مَعْنًى وَ فَاعِلِهِ، نَحْوُ؛ ضَرَبَ زَيْدٌ وَ إِنْ تُكْرِمْنِي أُكْرِمْكَ وَ هَيْهَاتَ زَيْدٌ وَ أَ قَائِمٌ الزَّيْدَانِ وَ أَ فِي الدَّارِ زَيْدٌ
فِعْلِيَّةٌ fiil cümləsi, وَ هِيَ الْمُرَكَّبَةُ mürəkkəbdir, tərkib olunub, مِنَ الْفِعْلِ fiildən, لَفْظًا أَوْ مَعْنًى sözlə və ya mənaca, وَ فَاعِلِه failindən, نَحْوُ nümunəsi belədir; ضَرَبَ زَيْدٌ “Zeyd vurdu” və وَ إِنْ تُكْرِمْنِي أُكْرِمْكَ “Əgər mənə ikram etsən, sənə ikram edərəm” və وَ هَيْهَاتَ زَيْدٌ “Zeyd uzaq oldu” və وَ أَ قَائِمٌ الزَّيْدَانِ “İki Zeyd ayaqdadırmı” və أَ فِي الدَّارِ زَيْدٌ “Zeyd evdədir mi” kimi.
Mətnin Ümumi Mənası: Əslində mə'mul olmayan, lakin ikinci hissənin (daima mə'mul olanlar) yerində vaki olduğu üçün mə'mul olan və iki hissədən ibarət olan sözlərdən ikincisi cümlənin birinci hissəsi fiil cümləsidir. Fiil cümləsi sözlə və ya mənaca fiildən və o fiilin failindən ibarət olur. Nümunə;
ضَرَبَ زَيْدٌ
“Zeyd vurdu” tərkibində darabe sözü fiil, Zeyd sözü isə onun failidir.
وَ إِنْ تُكْرِمْنِي أُكْرِمْكَ
“Əgər mənə ikram etsən, sənə ikram edərəm” tərkibində isə ukrim və tukrim sözləri fiillərdir. Onların yerində isə ene və ente zamirləri durur.
وَ هَيْهَاتَ زَيْدٌ
“Zeyd uzaq oldu” tərkibində heyhate sözü açıq fiil olmasa da, fiil mənasında bir sözdür, Zeyd sözü isə faildir.
وَ أَ قَائِمٌ الزَّيْدَانِ
“İki Zeyd ayaqdadırmı” tərkibində “e” sual ədatıdır, kaim sözü fiil mənasında ism-i faildir və Zeydani sözü isə faildir.
أَ فِي الدَّارِ زَيْدٌ
“Zeyd evdədir mi” tərkibində “e” sual ədatıdır, fi d-dari sözü cər-məcrur olub, gizli olan “kane” fiilinə aid edilir və cər-məcrur zarf-ı müstəqardır. Zeyd sözü isə zarf-ı müstəqar olan cər-məcrurun failidir, yəni evdə olmaq işi Zeydə aid edilir.