3.1 Mazi Fiel

اَلْأَوَّلُ الْمَاضِي؛ فَإِنَّهُ إِذَا وَقَعَ بَعْدَ أَنِ الْمَصْدَرِيَّةِ يُحْكَمُ عَلَى مَحَلِّحِ بِالنَّصْبِ وَ إِذَا وَقَعَ بَعْدَ الْجَازِمِ شَرْطًا أَوْ جَزَاءً يُحْكَمُ عَلَى مَحَلِّهِ بِالْجَزْمِ لِظُهُورِ ذَلِكَ الْإِعْرِابِ فِي الْمَعْطُوفِ، نَحْوُ؛ أَعْجَبَنِي أَنْ ضَرَبْتَ وَ تَقْتُلَ وَ إِنْ ضَرَبْتَ وَ تَقْتُلْ ضَرَبْتُكَ وَ اقْتُلْ، وَ فِي غَيْرِ هَذَيْنِ الْمَوْضِعَيْنِ لاَ يَكُونُ الْمَاضِي مَعْمُولاً

اَلْأَوَّلُ bəzən mamul olan sözlərin birincisi, الْمَاضِي keçmiş (mazi) felidir, فَإِنَّهُ çünki mazi feli, إِذَا وَقَعَ baş verdikdə, بَعْدَ أَنِ الْمَصْدَرِيَّةِ en-i masdariyyədən sonra, يُحْكَمُ hökm edilir, عَلَى مَحَلِّحِ بِالنَّصْبِ nasb məqamında olmasına, وَ إِذَا وَقَعَ və baş verdikdə, بَعْدَ الْجَازِمِ cəzm edən ədatlardan, شَرْطًا أَوْ جَزَاءً şərt və ya cəza olduğu halda, يُحْكَمُ hökm edilir, عَلَى مَحَلِّهِ بِالْجَزْمِ cəzm məqamında olmasına, لِظُهُورِ aşkar olduğu üçün, ذَلِكَ الْإِعْرِابِ o məqam irabı, فِي الْمَعْطُوفِ matufda, نَحْوُ misal olaraq; أَعْجَبَنِي أَنْ ضَرَبْتَ وَ تَقْتُلَ "Döymən və öldürmən məni təəccübləndirdi" kimi və وَ إِنْ ضَرَبْتَ وَ تَقْتُلْ ضَرَبْتُكَ وَ اقْتُلْ "Əgər döyər və öldürərsən, mən də səni döyər və öldürərəm" kimi, وَ فِي غَيْرِ və bundan başqa, هَذَيْنِ الْمَوْضِعَيْنِ qeyd olunan iki yerdə, لاَ يَكُونُ الْمَاضِي mazi feli olmur, مَعْمُولاً mamul.

Mətnin Ümumi Mənası: Əslində mamul olmayan, lakin ikinci hissənin (həmişə mamul olanlar) yerində baş verdiyi üçün mamul olan və iki hissədən ibarət olan sözlərin birincisi mazi felidir. Mazi feli en-i masdariyyədən sonra baş verərsə, o halda mazi felinin məqamən mansub olduğuna hökm edilir və eyni şəkildə cəzm edən hərflərdən sonra şərt və ya cəza olaraq baş verərsə, o halda mazi felinin məqamən məczum olduğuna hökm edilir. Necə ki, bu irab matufda aşkar olur, misal;

أَعْجَبَنِي أَنْ ضَرَبْتَ وَ تَقْتُلَ

Döymən və öldürmən məni təəccübləndirdi

misalında en-i masdariyyənin daxil olduğu ضَرَبَ felinin üzərinə تَقْتُلَ feli sözcə mansub olaraq atfedilmişdir, çünki mazi felilər həmişə mebnidirlər. Buradan ضَرَبَ sözünün تَقْتُلَ sözünün matufun aleyhi kimi məqamən mansub olduğunu anlaya bilərik.

إِنْ ضَرَبْتَ وَ تَقْتُلْ ضَرَبْتُكَ وَ اقْتُلْ

Əgər döyər və öldürərsən, mən də səni döyər və öldürərəm

misalında isə birinci ضَرَبَ feli cəzm edən və şərt bildirən in-i şərtiyyədən sonra baş vermişdir, şərt felidir və məqamən məczumdur, lakin özündə irab zahir deyil və üzərinə atfedilən تَقْتُلْ feli sözcə məczum edilmişdir. ضَرَبَ feli matufun aleyh, تَقْتُلْ sözü isə matufdur. İkinci ضَرَبَ feli isə in-i şərtiyyənin cəza felidir və məqamən məczumdur və üzərinə atfedilən أَقْتُلْ sözü sözcə məczumdur.

🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › 3.1 Mazi Fiel
🎓
Xoş gəldiniz! Sual soruşun!