3. Bəzən Mamul olan Ləfizlər
وَ الْقِسْمُ الثَّالِثُ؛ مَا كَانَ الْأَصْلُ فِيهِ أَنْ لاَ يَكُونَ مَعْمُولاً لَكِنْ قَدْ يَقَعُ مَوْقِعَ الْقِسْمِ الثَّانِي، فَيَكُونُ مَعْمُولاً وَ هُوَ إِثْنَانِ أَيْضًا
وَ الْقِسْمُ الثَّالِثُ tərkibdə vaki olan sözlərin üç hissəsindən üçüncüsü, مَا elə bir sözdür ki, كَانَ olmuşdur, الْأَصْلُ əsas olan, فِيهِ o sözdə, أَنْ لاَ يَكُونَ o sözün olmaması, مَعْمُولاً mamul, لَكِنْ lakin, قَدْ يَقَعُ bəzən o söz vaki olur, مَوْقِعَ الْقِسْمِ الثَّانِي ikinci hissənin yerində, yəni daim mamul olanların yerində, فَيَكُونُ bu səbəbdən o söz olur, مَعْمُولاً mamul, وَ هُوَ إِثْنَانِ أَيْضًا və o da eyni, daim mamul olan sözlərin iki hissə olması kimi iki hissədir
Mətnin Ümumi Mənası: Tərkibdə vaki olan sözlərin üçüncüsü; əslində mamul olmayıb, ikinci hissənin (daim mamul olan sözlərin) yerində vaki olduqda mamul olan sözlərdir, bu sözlər bunun xaricində mamul ola bilməz və irabdan da məhalli olmaz. Bu sözlər də ikinci hissə kimi, yəni daim mamul olan sözlər kimi iki hissədir.
| 1. Hissə | 2. Hissə |
| Mazi Fiel | Cümlə |