2.2 Muzari Fiel
وَ الثَّانِي الْفِعْلُ الْمُضَارِعُ
وَ الثَّانِي və ikincisi, yəni tərkibdə vaki olub həmişə mamul olan iki hissənin ikincisi, الْفِعْلُ الْمُضَارِعُ – muzari fildir.
Mətnin Ümumi Mənası: Tərkibdə vaki olub həmişə mamul olan iki hissənin ikincisi fiil-i muzari (muzari fildir). Muzari fil həmişə mamuldur. Muzari filə cəmi müənnəs nunu və ya tə’kid nunu əlavə olunduqda, fil mebni olur və irabı da mahalli olur.
يَكْتُبْنَ
لَيَكْتُبَنَّ
kimi.
Əgər muzari filə cəmi müənnəs nunu və ya tə’kid nunu əlavə olunmazsa, fil mureb olur və irabı da lafzi və ya təqdiri olur;
يَنْصُرُ
يَغْزُو
kimi.