İsm-i Fail və İsm-i Meful üzərinə daxil olan Əlif-Lam
Metnin Ümumi Mənası: İsm-i fail və ism-i mefullər üzərinə daxil olan əlif-lam ("el") ifadəsinə gəldikdə: Alimlərin bəziləri ism-i fail və ism-i mefullər üzərinə daxil olan “el” ifadəsinin tarif hərfi olduğunu demişlər, lakin bəzi nahiv alimləri isə müfrəd müzekkər üçün ism-i məvsul olan أَلَّذِي və müfrəd müənnəs üçün ism-i məvsul olan أَلَّتِي mənasında ism-i məvsul olduğunu bildirmişlər. Bu “el” ifadəsinin irabı fiillikdən isimliyə keçən, özündən sonra gələn kəlməyə verilir. Misal üçün جَاءَنِي الضَّارِبُ زَيْدًا tərkibində olduğu kimi, bu tərkibin əsli جَاءَنِي الَّذِي ضَرَبَ زَيْدًا şəklində təqdir edilir. Bu cümlədə birinci, yəni أَلَّذِي ifadəsi mamuldur, ikinci, yəni ضَرَبَ ifadəsi isə mamul deyil. Bu kəlam dəyişdirildikdə birinci, yəni أَلَّذِي hərf şəkilində, ikinci, yəni ضَرَبَ isim şəkilində olur. O zaman ləfzi hökm olan irab məsələsində ləfiz tərəfi məna tərəfinə üstün tutulduğu üçün hökm tam əksinə çevrilir.
İzahlar
Sifətlər üzərinə daxil olan lam (el) haqqında nahivçilərin bəziləri digər lamlar kimi hərf olduğunu qəbul etmişlər. Bunu İmam Mazini və Ahfeş demişdir. Bu halda lam, əsla mamul olmayan birinci hissəyə daxil olur. Nahivçilərin çoxuna görə sifətlərin başında olan lam, müzekkərdə "ellezi", müənnəsdə isə "elleti" mənasında olduğuna görə ism-i məvsuldur. Bu halda daim mamul olan ikinci hissəyə daxil olur. Beləliklə bir irab lazım gəlir, lakin özündə irab yoxdur, özündən sonrakında olur. Əslində lamda irab var idi, amma lamdan sonrakı fiillikdən isimliyə keçdiyinə görə lamın irabı özündən sonrakına verildi. Misal üçün جَاءَنِي الضَّارِبُ زَيْدًا ifadəsi جَاءَنِي الَّذِي ضَرَبَ زَيْدًا kimidir. Bu cümlədə birinci, yəni أَلَّذِي ifadəsi mamuldur, ikinci, yəni ضَرَبَ ifadəsi isə mamul deyil. أَلَّذِي ifadəsi lama, ضَرَبَ fiili isə الضَّارِبُ ifadəsinə dəyişdirildi. Ləfzi bir hökm olan irab, ləfiz tərəfi məna tərəfinə üstün tutulduğu üçün ضَارِبٌ ifadəsinə keçdi. Birinci, yəni lam mamul olmaqdan çıxdı, ikinci, yəni ضَارِبٌ isə mamul oldu.