Mutell ul-Lam
وَ الثَّالِثُ الْمُعْتَلُّ اللَّامِ وَ يُقَالُ لَهُ النَّاقِصُ وَ ذُو الْأَرْبَعَةِ لِكَوْنِ مَاضِيهِ عَلَى أَرْبَعَةِ أَحْرُفٍ إِذَا أخْبَرْتَ عَنْ نَفْسِكَ. فَالْمُجَرَّدُ تُقْلَبُ الْوَاوُ وَ الْيَاءُ مِنْهُ أَلِفًا إِذَا تَحَرَّكَتَا وَ انْفَتَحَ مَا قَبْلَهُمَا كَغَزَا وَ رَمَى وَ عَصًا وَ رَحًى وَ كَذَلِكَ الْفِعْلُ الزَّائِدُ عَلَى ثَلَثَةِ أَحْرُفٍ كَأَعْطَى وَ اشْتَرَى وَ اسْتَقْصَى. وَ اسْمُ الْمَفْعُولِ مِنْهُ كَالْمُعْطَى وَ الْمُشْتَرَى وَ الْمُسْتَقْصَى. وَ كَذَلِكَ إِنْ لَمْ يُسَمَّ الْفَاعِلُ مِنَ الْمُضَارِعِ كَقَوْلَكَ يُعْطَى وَ يُغْزَى وَ يُرْمَى
وَ الثَّالِثُ mutell feilinin yeddi hissəsindən üçüncüsü, الْمُعْتَلُّ اللَّامِ mutell ul-lamdır, وَ يُقَالُ لَهُ bu mutell ul-lam olan feilə həmçinin, النَّاقِصُ naqis feil, وَ ذُو الْأَرْبَعَةِ dörd hərf sahibi də deyilir, لِكَوْنِ مَاضِيهِ keçmişinin olmasındadır, عَلَى أَرْبَعَةِ أَحْرُفٍ dörd hərf üzərində, إِذَا أخْبَرْتَ əgər xəbər verirsən, عَنْ نَفْسِكَ özündən, yəni nəfs-i mütəkəllimdən xəbər verirsən, o siganı istifadə edəndə 4 hərfli olur. فَالْمُجَرَّدُ naqis olan mücərrəd feilə gəldikdə, تُقْلَبُ çevrilir, الْوَاوُ وَ الْيَاءُ vav və ya hərfləri, مِنْهُ o naqis feildəki, أَلِفًا elif hərfinə, إِذَا تَحَرَّكَتَا o ikisi, yəni vav və ya hərfləri hərəkətli olduqda, وَ انْفَتَحَ fətalı olduqda, مَا قَبْلَهُمَا o naqis feildəki vav və ya hərflərin əvvəlindəki hərflər, كَ kimi, غَزَا kimi, وَ və, رَمَى kimi, وَ və, عَصًا kimi, وَ və, رَحًى kimi. وَ كَذَلِكَ beləliklə mücərrəd naqis feil kimidir, الْفِعْلُ الزَّائِدُ əlavə olan feil kimi, عَلَى ثَلَثَةِ أَحْرُفٍ üç hərf üzərində olan feillərdəki kimi, yəni sülasi məzid kimi, كَ kimi, أَعْطَى kimi, وَ və, اشْتَرَى kimi, وَ və, اسْتَقْصَى kimi. وَ اسْمُ الْمَفْعُولِ ism-i məfulə gəldikdə, مِنْهُ sülasi məzid olan feildən, كَ kimi, الْمُعْطَى kimi, وَ və, الْمُشْتَرَى kimi, وَ və, الْمُسْتَقْصَى kimi. وَ كَذَلِكَ eyni şəkildə vav və ya hərfi elif hərfinə çevrilir, إِنْ لَمْ يُسَمَّ əgər adlandırılmasa, yəni qeyd edilməsə, الْفَاعِلُ fail, مِنَ الْمُضَارِعِ müzari feildən, كَقَوْلَكَ sənin bu sözün kimi, يُعْطَى kimi, وَ və, يُغْزَى kimi, وَ və, يُرْمَى kimi.
Mətnin Ümumi Mənası: Mutell feilin yeddi hissəsindən üçüncüsü mutell ul-lam olan feildir. Bu feilə naqis feil də deyilir. Bu cür feillərə naqis deyilməsinin səbəbi son hərfinin hərəkəsinin olmamasıdır. Mutell ul-lam olan, yəni naqis olan feil nəfs-i mütəkəllimdən xəbər verildikdə, yəni o siga istifadə edildikdə 4 hərf üzərində olduğu üçün zu l-erbea "4 hərf sahibi" də deyilir.
Naqis olan sülasi mücərrəd feildəki vav və ya hərfi hərəkətli olduğu zaman və əvvəlindəki hərflər də fətalı olduğu zaman o vav və ya hərflər elif hərfinə çevrilir.
| Mənalar | Əsl | Son Hali |
| Döyüşdü | غَزَوَ | غَزَا |
| Atdı | رَمَيَ | رَمَى |
| Əsa | عَصَوٌ | عَصًا |
| Əl dəyirmanı | رَحَيٌ | رَحًى |
Cədvəldəki əsl olan sözlər sonunda vav və ya hərfi olan sözlərdir. Yuxarıda qeyd olunan qayda üzrə vav və ya hərflər əvvəlindəki hərflər fətalı olduğu üçün elif hərfinə çevrilmişdir.
| Sözlərin Əsl Forması | رَحَيٌ | عَصَوٌ |
| Ya və vav hərfi elif oldu | رَحَانْ | عَصَانْ |
| sakin nun ilə sakin elif qarşılaşdı | رَحَانْ | عَصَانْ |
| Elif hazf edildi | رَحَنْ | عَصَنْ |
| Tenvin nunu ma kabilen daxil oldu | رَحًى | عَصًا |
| Son Hali | رَحًى | عَصًا |
Üç hərf üzərində əlavə olan feil, yəni sülasi məzid feil üçün qeyd olunan qaydalar sülasi mücərrəd kimi tətbiq olunur. Sülasi məzid olan naqis feilin nümunəsi;
| Mənalar | Əsl | Son Hali |
| Verdi | أَعْطَى | أَعْطَوَ |
| Alıb | إِشْتَرَى | إِشْتَرَيَ |
| Araşdırdı | إِسْتَقْصَى | إِسْتَقْصَوَ |
Sülasi məzid feildən alınan ism-i məfuldə qeyd olunan hökmlər mücərrəd feil kimi tətbiq olunur, nümunə;
| Mənalar | Əsl | Son Hali |
| Verilən | اَلْمُعْطَى | اَلْمُعْطَوُ |
| Alınan | اَلْمُشْتَرَى | اَلْمُشْتَرَيُ |
| Araşdırılan | اَلْمُسْتَقْصَى | اَلْمُسْتَقْصَوُ |
Muzari feildə fail qeyd olunmazsa, vav və ya elif hərfinə çevrilir, yəni məchul muzari feildə vav və ya hərflər hərəkəli və ma qabilləri də fətalı olduqda o vav və ya hərfi elif hərfinə çevrilir, bu ifadədə olduğu kimi;
| Məna | Məchul Muzari |
| verilir | يُعْطَى |
| döyüşülür | يُعْزَى |
| atılır | يُرْمَى |