Məsdər və Tasrifat
Və bil ki, bizim məqsədimiz mənbə (masdar) mücərrəd olanıdır, çünki məzid olan ondan törəyir, ona uyğun gəlir həm hərfləri, həm də mənası ilə. Əgər desən: biz bəzi nümunələri felin özündən törəyən görürük, məsələn əmr, fəal və məful ismi və onların kimiləri. Deyərəm ki: hamısı mənbəyə (masdara) qayıdır, hamısı ondan törəyir, ya vasitə ilə, ya da vasitəsiz. Deyilə bilər ki, əsas bir kökü seçmək daha ümumi olsun, həm mənbəni, həm də başqasını əhatə etsin; məsələn, ismin ikiliyə, cəmlik, kiçiltmə, nisbət və s. çevrilməsi də daxil olsun, bu daha doğrudur. Əgər soruşsan: niyə "tasrif" sözü "sarf" yerinə seçilib, halbuki mənası eynidir? Deyərik ki: bu elmdə çoxlu çevrilmələr var, ona görə də daha çoxluq və mübaliğə bildirən söz seçilib. İndi əsas mövzuya qayıdaq. Deyirik ki; məlumdur ki, sözlər üçdür: isim, fel və hərf. Bu elmin araşdırması fel və ondan törəyənlər üzərindədir, ona görə də onun bölmələrini izah etməyə başlayırıq.
Və bil ki, bizim məqsədimiz (əsas vahid) mənbədir (masdar), sarfçılara görə əsas vahid masdardır, mücərrəd masdar nəzərdə tutulur, məzid deyil. Məzid törəmədir. Çünki məzid olan masdar mücərrəd masdardan törəyir. Məzid olan masdar həm hərfləri, həm də mənası ilə mücərrəd masdara uyğun gəlir. Məsələn, انتصرا məzid masdardır, نصرا isə mücərrəd masdardır. Bunların əsas hərfləri və mənası ilə məzid masdar (انتصرا) mücərrəd masdara (نصرا) uyğun gəlir. Mücərrəd mənası məzid masdarda heç bir halda itmir. Bu mücərrəd masdar mütləq üçlüdür. Məsələn, قَعَدَ يَقْعُدُ قُعُودًا üçlü felin masdarıdır, əsas hərfləri (qaf, ayn və dal) ilə yanaşı əlavə hərf (vav) alıb. قُعُودْ dördlü masdar deyil, vav bizi aldatmasın. Qayda belədir: masdar üçlü və ya dördlü mücərrəd olmalıdır, içindəki əlavə hərf isə keçərsizdir. Tasrif zamanı əlavə olan hərf heç bir yerə keçmir. Üçlü köklərdə 3 hərf, dördlü köklərdə 4 hərf əsasdır. Əgər desən; biz bəzi nümunələri felin özündən törəyən görürük, məsələn əmr (أنصر hazır əmr, تنصر felin muzari formasından törəyir), fəal və məful ismi (felin muzari formasından törəyir), və onların kimiləri. Deyərəm ki; bunların (əmr, fəal və məful ismi və onların kimiləri) hamısının qaynağı masdardır. Hamısı masdardan törəyir, ya vasitə ilə, ya da vasitəsiz. Deyilə bilər ki, musannif əsas vahidi seçib ki, daha ümumi olsun, masdardan və masdar olmayanlardan. Qeyd: bir sözün tasrif olunması üçün mütləq masdar və ya fel olması lazım deyil. Fel və masdardan başqa sözlər də ikili, cəmlik, nisbət, kiçiltmə və s. formalarına girə bilər. Şamil olsun, ismin çevrilməsi, ...
Müsənna, cəm’, təsğir və mənsub və buna oxşarları. Əgər 'nəhu' oxusaq, bunlar (müsənna, cəm’, təsğir və mənsub) kimi olanlara mənası çıxar. 'Nəhu' oxusaq, yəni ismin çevrilməsi və buna bənzər şeylər mənası çıxar. Bu daha yaxındır (İmam Zəncani əvvəl dedi ki; kök: əsli vahiddir. (Kufililər felə, Basralılar da məzdara kök dedi) və bu ifadədən sonra İmam Zəncani dedi ki; bir çevirmə ola bilməsi üçün yalnız məzəd və fel şərt deyil! İsimlər də çevrilə bilər. Bu çevirmələr də; fel çevirmələri olsun, məzdardan müştəq olanları əhatə etsin, ismin; müsənna, cəm’, təsğir və mənsuba çevrilməsini əhatə etsin, felin yalnız babdan deyil, məlumdan məchula aparılmasına qədər əhatə etsin deyə kök əsli vahiddir dedi. Əgər deyilərsə; nə üçün sarf yerinə təsrif sözü seçildi? Onunla bərabər (sarf ilə), təsrif mənası ilə, biz deyirik ki; çünki bu elm sahəsində təsrifatlar çoxdur. Ona görə də mübaliğə və çoxluğa işarə edən bir söz seçildi. Bu zamandır. 'Ovan' sözü zaman vəznindədir. Mənaca da eynidir. 'Ovan' sözünün cəmi 'avinə'dir. (2 elif bir araya gələndə hərfi-mədd olur). Tıpkı 'zaman' sözünün cəmi 'azminə' kimi. Bizim əsas məqsədimizə qayıtmaq zamanıdır, yəni bu qədər danışmaq kifayətdir, artıq məqsədimizə dönək. Biz deyirik; məlumdur ki, sözlər üçdür: İsim, fel və hərf. Musannıfın araşdırması felin izahı və ondan müştəq olanlar haqqında oldu, onun (felin) bölmələrinin izahı ilə başladı; o şeyə ki, fel üçün vardır, bölmələr.