Sə'dəddin Taftazani
وَ بَعْدُ فَيَقُولُ الْفَقِيرُ إِلَى اللهِ الْغَنِيُّ، مَسْعُودِ بْنَ عُمَرَ الْقَاضِى التَّفْتَازَانِي بَيَّضَ اَللهُ غُرَّةِ أَحْوَالِهِ وَ أَوْرَقَ أَغْصَانِ آمَالِهِ
وَ بَعْدُ və bismillə, hamdə və salavətdən sonra; فَيَقُولُ (müəllif İmam Taftazani deyir ki) sözündəki فاء hərfi; cavab verən fa’dır. بَعْدُ (bundan sonra) sözündə izah olunan şeylərdən sonra, yəni, ona istinadən, nəticə bildirir, yəni بَعْدُ sözünə cavab verir. Bismillə, hamdə və salavət oxunduqdan sonra, bunlardan sonra, cavab olaraq, müəllif (İmam Taftazani) يَقُولُ (fel-i muzari, məlum bina, tək kişi üçün üçüncü şəxs) deyir ki; اَلْفَقِيرُ (fakir) – müəllifin özü (fakir olan müəllif kimə deyir?), إِلَي اللهِ – cər və məcrur. إِلَي (ona, o şeyə) cər hərflərindəndir, yönəlmə mənasındadır, اللهِ – Allah-Təalaya deyir ki; اَلْغَنِيُّ (gani, varlı) – varlı olan deməkdir, yəni varlı olan Allaha qarşı fakir olan müəllif deyir ki, (kimdir o müəllif?), اَلْقَاضِي مَسْعُودِ بْنَ عُمَرَ – hakim olan Ömərin oğlu Məsud. اَلتَّفْتَازَانِي – nisbət ismi, İranın Taftazan bölgəsinə aid, Taftazanlı. Yəni varlı olan Allaha qarşı fakir olan müəllif; Taftazanlı hakim Ömərin oğlu Məsud deyir ki; (Məşhur adı Sadəddin Taftazani-dir), بَيَّضَ اللهُ tərkibindəki بَيَّضَ (tam ağ oldu) sözü, təf'il babından keçmiş zaman felidir. Gücləndirmə mənası var. Burada dua cümləsi kimi işlədilir. Allah-Təala nurlandırsın və ya ağartsın deməkdir, yəni müəllif bu şərh kitabında özünə dua edir. غُرَّةُ (xüsusi, seçkin) bir şeyin seçkin hissəsidir. Atın alnındakı ağ ləkə də bu adla tanınır. أحْوَالِهِ – izafətdir. أحْوَالْ sözü حَالْ (hal) sözünün cəmidir və hallar deməkdir. Sonrakı هاء zamiri ona (müəllif İmam Taftazaniyə) aiddir, yəni onun (müəllifin) halları deməkdir. وَ أَوْرَقَ – və yarpaqlandırsın (dua cümləsinin davamı), أَوْرَقَ sözü, وَرَقَ (yarpaq) sözünün təfdil ismidir və dua olduğu üçün çoxlu, bol yarpaqlandırsın deməkdir. أغْصَانُ sözü, غُصْنٌ (ağac budağı) sözünün cəmidir və budaqlar deməkdir, yəni budaqlarının yarpaqlarını çoxaltsın, bol etsin mənasındadır. آمَالِهِ – izafətdir. آمَالْ sözü, أمَلْ (əməl, məqsəd, niyyət) sözünün cəmidir və əməllər, məqsədlər deməkdir. Sonrakı هاء zamiri ona (müəllif İmam Taftazaniyə) aiddir. Yəni müəllif İmam Taftazani'nin əməllərinin budaqlarını yarpaqlandırsın mənasında dua cümləsi kimi işlədilmişdir. أَوْرَقَ أَغْصَانِ آمَالِهِ وَ – yəni müəllif əməllərinin gerçəkləşməsi üçün özünə dua edir.
Mətnin Ümumi Mənası; Bismillə, hamdə və salavət oxunduqdan sonra, varlı olan Allah-Təalaya qarşı fakir olan, hakim Ömərin oğlu Taftazanlı Məsud deyir ki: Allah-Təala onun ən seçkin hallarını nurlandırsın və əməllərinin budaqlarını yarpaqlandırsın.
Bismillə
أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم
Hamdə
الحمد لله رب العالمين
Salavət
الصلاة و السلام على نبينا محمد و آله و أصحابه