Münada

اَلثَّانِي الْمُنَادَى، وَ هُوَ الْمَطْلُوبُ إِقْبَالُهُ بِحَرْفٍ نَائِبٍ مَنَابَ أَدْعُو، لَفْظًا أَوْ تَقْدِيرًا. وَ يُبْنَى عَلَى مَا يُرْفَعُ بِهِ إِنْ كَانَ مُفْرَدًا مَعْرِفَةً، مِثْلُ؛ يَا زَيْدُ وَ يَا رَجُلُ وَ يَا زَيْدَانِ وَ يَا زَيْدُونَ. وَ يُخْفَضُ بِلاَمِ الْإِثْتِغَاثَةِ، مِثْلُ؛ يَا لَزَيْدٍ. وَ يُفْتَحُ لِإِلْحَاقِ أَلِفِهَا وَ لاَ لاَمَ، مِثْلُ؛ يَا زَيْدَاهُ. وَ يُنْصَبُ مَا سِوَاهُمَا، مِثْلُ؛ يَا عَبْدَ اللهِ وَ يَا طَالِعًا جَبَلاً وَ يَا رَجُلاً لِغَيْرِ مُعَيَّنٍ

اَلثَّانِي ikincisi, meful-u bihtən felin mütləq şəkildə hazf olunduğu dörd yerdən ikincisi, الْمُنَادَى münada olan sözlərdir. Nida olunan şəxsə münada deyilir və münada sözlər mansubatdandır. Nahiv elmi dərslərindən təfərrüatını öyrənə bilərsiniz. وَ هُوَ və o münada olan söz ki, الْمَطْلُوبُ tələb olunandır, إِقْبَالُهُ o münadanın yönəlməsi, بِحَرْفٍ نَائِبٍ əvəz edən bir hərf səbəbilə, مَنَابَ yerinə (o şeyə əvəzedici olaraq), ki o şey isə; أَدْعُو "çağırıram" felinin yerinə. لَفْظًا أَوْ تَقْدِيرًا bu sözlər ləfzən və təqdirən olur və 5 növdədir; يَا və أَيَا və هَيَا və أَيْ və أَ şəklindədir. Yuxarıda qeyd etdiyimiz kimi Nahiv elmi dərslərindən münada mövzusunu araşdıra bilərsiniz. وَ يُبْنَى və münada mebnidir, عَلَى مَا elə bir şey üzərində ki, يُرْفَعُ بِهِ o münadanı ref edir, إِنْ كَانَ مُفْرَدًا əgər münada olan söz müfrəd olsa, مَعْرِفَةً və marifə olsa. مِثْلُ misalı; يَا زَيْدُ "Ey Zeyd", وَ və, يَا رَجُلُ "Ey adam" وَ və, يَا زَيْدَانِ "Ey iki Zeyd" وَ və, يَا زَيْدُونَ "Ey Zeydlər" kimi. Bu misallarda müfrəd və marifə olan "Zeyd və Racul" sözləri yuxarıdakı qaydaya görə merfudurlar. وَ يُخْفَضُ və münada olan söz mahfuz, yəni məksur (kesreli) olur, بِلاَمِ الْإِثْتِغَاثَةِ istigase bildirən lam (meftuh olan) hərfinin daxil olması ilə. İstigase, bir şəxs üçün başqa bir şəxsdən yardım istəməkdir. Məsələn; "Allahım bu qula kömək et, Ey müsəlmanlar yoxsullara yardım edin, ey həkim xəstəyə müdaxilə et" kimi. مِثْلُ misalı; يَا لَزَيْدٍ "Yetiş Zeyd" kimi. Nahiv dərslərində istigase mövzusu daha təfərrüatlı izah olunub. وَ يُفْتَحُ və münada meftuh olur, لِإِلْحَاقِ أَلِفِهَا onun, yəni az öncəki istigasedə keçən elif hərfinin əlavə olunması ilə, وَ لاَ لاَمَ amma o istigasedəki lam hərfi olmadan, مِثْلُ misalı; يَا زَيْدَاهُ "Ey Zeyd yetiş" وَ və, يُنْصَبُ və o münada mansub olur, مَا سِوَاهُ az öncəki məksur və merfu hallardan başqa olaraq, مِثْلُ misalı; يَا عَبْدَ اللهِ "Ey Allahın qulu" وَ və, يَا طَالِعًا جَبَلاً "Ey dağa çıxan" وَ və, يَا رَجُلاً "Ey adam" və "Ey adam" sözü; لِغَيْرِ مُعَيَّنٍ qeyri-müəyyən, yəni nekire birisi üçün deyildikdə belə mansub olur. Marifə bir adam olsaydı merfu olardı.

Mətnin Ümumi Mənası: Meful-u bih’in felinin mütləq şəkildə hazf olunduğu dörd yerdən ikinci yer münada olan sözlərdir. Münada, "ed'u-çağırıram" felinin yerinə ləfzən və ya təqdirən əvəz edən bir hərf səbəbilə özünə yönəlməsi istənilən isimdir. Münada söz əgər müfrəd və marifə olarsa, ona nida edilmədən əvvəl hansı hərəkə və ya hərf ilə marifədirsə, nidadan sonra da elə olur. İstigase, yəni yardım üçün gələn meftuh, amma cerr edən lam hərfi səbəbilə münada mecrur olur. İstigase elifi münadaya daxil olduğu və istigase lamı daxil olmadığı zaman münada fatha üzərində mebnidir. Bu sadalanan müfrəd marifə isimlərin münada hallarında merfuluğu və istigase halındakı mecrurluğu və istigase lamı xaricindəki meftuhluğu xaricində qalan bütün münadalar mansubdur.

يَا زَيْدُ

Nida hərfi "yâ" və münada isə "Zeydu" sözüdür. Münada olan "Zeyd" sözü müfrəddir. Bu müfrədliyə bir də marifəlik əlavə olunarsa münada merfu olur. Nida hərfindən əvvəl "Zeydun" şəklində dammə üzərində mebni idi, müfrəd və marifə olması bu əlaməti davam etdirdi və yenə dammə üzərində mebnidir.

يَا رَجُلُ

Yuxarıdakı misal ilə eyni xüsusiyyətə malikdir. Lakin nida hərfindən əvvəl nekire olan bu söz nida hərfi ilə marifələşmişdir. Bu adamı qarşımızda bir mühatab kimi düşünək, ümumi mənada "hər hansı bir adam" kimi deyil.

يَا زَيْدَانِ

Bu misalda münada olan “Zeydani” sözü cütdür. Nida hərfindən əvvəl də cütdür və rəf əlaməti əlif hərfi ilədir. Nida ədatından sonra da yenə əlif üzərində məbni bir cütdür.

يَا زَيْدُونَ

Bu misalda münada olan “Zeydune” sözü cəmdir. Nida hərfindən əvvəl cəm idi və rəf əlaməti vav hərfi ilə idi. Nida ədatından sonra da yenə rəf əlaməti vav üzərində olan məbni bir cəm olaraq qalır.

يَا لَزَيْدٍ

Bu misalda münada olan sözün əvvəlinə istigasa üçün gələn məftuh ləm hərfi daxil olmuşdur. Bu ləm hərfi münadanı cər etmişdir. Münada normalda ilk misaldakı kimi dammə üzərində məbni idi, amma amil onu cər etdi.

يَا زَيْدَاه

Bu misalda isə münadaya istigasa əlifi daxil olmuşdur, amma istigasa ləmi daxil olmamışdır. Bu səbəbdən fəthə üzərində məbnidir.

Yuxarıdakı misallardan başqa aşağıdakı misallarda olan münadalar həmişə mənsublardır.

يَا عَبْدَ اللهِ

"Ey Allahın qulu" və,

يَا رَسُولَ اللهِ

"Ey Allahın elçisi" və,

يَا رَبَّ الْعَالَمِينَ

"Ey aləmlərin Rəbbi olan Rəbbim" kimi ki, bu tərkibdə رَبْ sözü ba hərfinin kəsrəsi ilədir, çünki ondan hazf olunan ya-i izafət vardır, əsli; يَا رَبِّي şəklində idi. Əgər izafət ya'sı olmasaydı يَا رَبَّ الْعَالَمِينَ deyə bilərdik.

يَا طَالِعًا جَبَلاً

“Ey dağa çıxan” və,

يَا رَجُلاً

“Ey adam” kimi. Son misaldakı “Ya Raculun” sözü, ilk misaldakı “Ya Raculu” sözündən məarifəlik-nekirəlik baxımından fərqlidir. Bu misalda münada olan “Racul” sözü hər hansı bir adamdır, amma ilk misaldakı münada olan “Racul” sözü qarşımızda görünən, müraciət etdiyimiz bir adamdır. Adı ilə çağırmaqdan isə cinsinə görə “adam” deyə çağırdığımız bir addır.

Nida hərfləri əsasən 5 ədəddir və hamısı eyni mənanı ifadə edir;

Nida Hərfləri
يَا
أَيَا
هَيَا
أَيْ
أَ
🤖 AI Köməkçi
📜 Söhbət tarixçəsi
📚 › Münada
🎓
Xoş gəldiniz! Sual soruşun!