Məf'ul-u Mutlaq 2
وَ قِيَاسًا فِي مَوَاضِعَ مِنْهَا مَا وَقَعَ مُثْبَتًا بَعْدَ نَفْيٍ أَوْ مَعْنَى نَفْيٍ دَاخِلٍ عَلَى إِسْمٍ لاَ يَكُونُ خَبَرًا عَنْهُ أَوْ وَقَعَ مُكَرَّرًا، مِثْلُ مَا أَنْتَ إِلاَّ سَيْرًا وَ مَا أَنْتَ إِلاَّ سَيْرَ الْبَرِيدِ وَ إِنَّمَا أَنْتَ سَيْرًا وَ زَيْدٌ سَيْرًا سَيْرًا. وَ مِنْهَا مَا وَقَعَ تَفْصِيلاً لِأَثَرِ مَضْمُونِ جُمْلَةٍ مُتَقَدَّمَةٍ، مِثْلُ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مِنَّا بَعْدُ وَ إِمَّا فِدَاءً. وَ مِنْهَا مَا وَقَعَ لِلتَّشْبِيهِ عِلاَجًا بَعْدَ جُمْلَةٍ مُشْتَمِلَةٍ عَلَى إِسْمٍ بِمَعَنَاهُ وَ صَاحِبِهِ، مِثْلُ مَرَرْتُ بِزَيْدٍ فَإِذَا لَهُ صَوْتٌ صَوْتَ حِمَارٍ وَ صُرَاخٌ صرَاخَ الثُّكْلَى. وَ مِنْهَا مَا وَقَعَ مَضْمُونَ جُمْلَةٍ لاَ مُحْتَمَلَ لَهَا غَيْرُهُ، مِثْلُ لَهُ عَلَيَّ أَلْفُ دِرْهَمٍ إِعْتِرَافًا وَ يُسَمَّى تَوْكِيدًا لِنَفْسِهِ. وَ مِنْهَا مَا وَقَعَ مَضْمُونَ جُمْلَةٍ لَهَا مُحْتَمَلٌ غَيْرُهُ، مِثْلُ زَيْدٌ قَائِمٌ حَقًّا وَ يُسَمَّى تَوْكِيدًا لِغَيْرِهِ. وَ مِنْهَا مَا وَقَعَ مُثَنَّى، مِثْلُ لَبَّيْكَ وَ سَعْدَيْكَ.
وَ قِيَاسًا və meful-u mutlağın amili qiyasen bəzi yerlərdə hazf olunur, فِي مَوَاضِعَ bəzi yerlərdə, مِنْهَا o yerlərdən biri; مَا elə bir meful-u mutlaqın yeri ki, وَقَعَ o meful-u mutlaq baş verir, مُثْبَتًا müsbət, yəni olumlu olaraq, بَعْدَ نَفْيٍ inkar (nəfy)dən sonra, أَوْ مَعْنَى نَفْيٍ və ya inkar mənasından sonra, دَاخِلٍ عَلَى إِسْمٍ bir isim üzərinə daxil olur və o isim ki, لاَ يَكُونُ olmur, خَبَرًا xəbər, عَنْهُ o isimdən, أَوْ və ya, وَقَعَ مُكَرَّرًا təkrar olunmuş şəkildə baş verir, مِثْلُ nümunəsi; مَا أَنْتَ إِلاَّ سَيْرًا "Sən ancaq tam mənasıyla yürüyürsən" وَ və, مَا أَنْتَ إِلاَّ سَيْرَ الْبَرِيدِ "Sən ancaq poçtçu yürüşü ilə yürüyürsən" وَ və, إِنَّمَا أَنْتَ سَيْرًا "Sən ancaq və ancaq yürüyürsən" وَ və, زَيْدٌ سَيْرًا سَيْرًا "Zeyd tam mənasıyla yürüyür" tərkiblərində olduğu kimi. وَ مِنْهَا və meful-u mutlaqın amilinin qiyasen hazf olunduğu yerlərdən biri də, مَا elə bir yerdir ki, وَقَعَ o meful-u mutlaq baş verir, تَفْصِيلاً açıqlamaq üçün, لِأَثَرِ مَضْمُونِ gizlini açıqlamaq üçün, جُمْلَةٍ مُتَقَدَّمَةٍ əvvəlki cümlənin, مِثْلُ nümunəsi; فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مِنَّا بَعْدُ وَ إِمَّا فِدَاءً "Bağı möhkəm bağlayın, sonra ya qarşılıqsız buraxın, ya da fidyə alın" (Muhəmməd 47) ayəsində olduğu kimi. وَ مِنْهَا və meful-u mutlaqın amilinin qiyasen hazf olunduğu yerlərdən biri də, مَا elə bir yerdir ki, وَقَعَ o meful-u mutlaq baş verir, لِلتَّشْبِيهِ təşbih üçün, عِلاَجًا insan orqanları üçün, بَعْدَ جُمْلَةٍ مُشْتَمِلَةٍ şamil olan cümlədən sonra, عَلَى إِسْمٍ bir isim üzərinə, بِمَعَنَاهُ o meful-u mutlaqın mənasında olan, وَ صَاحِبِهِ və o ismin sahibinə, مِثْلُ nümunəsi; مَرَرْتُ بِزَيْدٍ فَإِذَا لَهُ صَوْتٌ صَوْتَ حِمَارٍ وَ صُرَاخٌ صرَاخَ الثُّكْلَى "Zeydə rast gəldim, gördüm ki onun eşşək kimi səsi və övladı ölmüş qadın kimi fəryadı var" tərkibində olduğu kimi. وَ مِنْهَا və meful-u mutlaqın amilinin qiyasen hazf olunduğu yerlərdən biri də, مَا elə bir yerdir ki, وَقَعَ o meful-u mutlaq baş verir, مَضْمُونَ mənası, yəni gizliliyi üçün, جُمْلَةٍ bir cümlənin, لاَ مُحْتَمَلَ ehtimal yoxdur, لَهَا o cümlə üçün, غَيْرُهُ o meful-u mutlaqın başqası, مِثْلُ nümunəsi; لَهُ عَلَيَّ أَلْفُ دِرْهَمٍ إِعْتِرَافًا "Onun mənim üzərimdə 1000 dirhəmi var, etiraf edərək dedim" tərkibində olduğu kimi. وَ يُسَمَّى və meful-u mutlaqın bu hissəsi adlandırılır, تَوْكِيدًا لِنَفْسِهِ özünü təsdiq edən kimi, وَ مِنْهَا və meful-u mutlaqın amilinin qiyasen hazf olunduğu yerlərdən biri də, مَا elə bir yerdir ki, وَقَعَ o meful-u mutlaq baş verir, مَضْمُونَ mənası, yəni gizliliyi üçün, جُمْلَةٍ bir cümlənin, لَهَا o cümlə üçün vardır, مُحْتَمَلٌ ehtimal, غَيْرُهُ o meful-u mutlaqın başqası, مِثْلُ nümunəsi; زَيْدٌ قَائِمٌ حَقًّا "Zeyd həqiqətən ayaqdadır" kimi, يُسَمَّى və meful-u mutlaqın bu hissəsi adlandırılır, تَوْكِيدًا لِغَيْرِهِ başqasını təsdiq etmək üçün, وَ مِنْهَا və meful-u mutlaqın amilinin qiyasen hazf olunduğu yerlərdən biri də, مَا elə bir yerdir ki, وَقَعَ o meful-u mutlaq baş verir, مُثَنَّى cüt olaraq, مِثْلُ nümunəsi; لَبَّيْكَ "Əmrindəyəm" وَ və, سَعْدَيْكَ "Allah sənə xoşbəxtlik versin" tərkibləri kimi.
Mətnin Ümumi Mənası: Bəzən o meful-u mutlaqın amili qiyasen bəzi yerlərdə (bir neçə yerdə) hazf olunur. O yerlərdən biri, meful-u mutlaqın o isimdən xəbər olmadığı bir isim üzərinə daxil olan inkar və ya inkar mənasında olan bir şeydən sonra müsbət (olumlu) olaraq baş verdiyi meful-u mutlaqın yeridir. Və ya o meful-u mutlaqın qiyasen hazf olunduğu yer meful-u mutlaqın özündən xəbər olmadığı ismin yerində təkrar olunmuş şəkildə baş verdiyi yerdir. Nümunələri;
مَا أَنْتَ إِلاَّ سَيْرًا
"Sən ancaq tam mənasıyla yürüyürsən" tərkibində olduğu kimi. Bu tərkibin əsli;
مَا أَنْتَ إِلاَّ تَسِيرُ سَيْرًا
Şəklindədir. Bir başqa nümunə;
مَا أَنْتَ إِلاَّ سَيْرَ الْبَرِيدِ
“Sen ancaq poçtçu kimi gedirsən” ifadəsində olduğu kimi. Bu ifadənin əsli;
مَا أَنْتَ إِلاَّ تَسِيرُ سَيْرَ الْبَرِيدِ
Bu şəkildədir. Bu iki misal, inkar ifadəsindən sonra gələn müsbət məf'ul-u mutlaqın nümunəsidir. Digər misal;
إِنَّمَا أَنْت سَيْرًا
“Sen ancaq və ancaq gedirsən” ifadəsində də inkar mənasından sonra gələn müsbət məf'ul-u mutlaqın nümunəsidir. Bu ifadənin əsli;
إِنَّمَا أَنْتَ تَسِيرُ سَيْرًأ
Bu şəkildədir. Digər misal;
زَيْدٌ سَيْرًا سَيْرًا
“Zeyd tam mənası ilə gedir” ifadəsində məf'ul-u mutlaq təkrarlanıb. İfadənin əsli;
إِنَّمَا أَنْتَ تَسِيرُ سَيْرًا سَيْرًا
Bu şəkildədir. Mef'ul-u mutlaqın amilinin qiyasən hazf edildiyi yerlərdən biri də, əvvəlki cümlənin mənasının məqsədini açıqlamaq üçün istifadə olunan məf'ul-u mutlaq yeridir, misal;
فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مِنَّا بَعْدُ وَ إِمَّا فِدَاءً
“Bağı möhkəm bağlayın, sonra istəsəniz qarşılıqsız buraxın, ya da fidyə ödəsinlər -Muhammed 47-“ ayəsində olduğu kimi. Bu ayənin əsli;
إِمَّا تَمُنُّونَ مَنًّا بَعْدَ الشَّدِّ وَ إِمَّا تَفْدُونَ فِدَاءً
Bu şəkildədir. Mef'ul-u mutlaqın qiyasən hazf edildiyi yerlərdən biri də bədən üzvləri ilə edilən bir işə bir şey bənzədilməsi üçün məf'ul-u mutlaq mənasında olan bir ada və həmin adın sahibinə aid olan cümlədən sonra gələn məf'ul-u mutlaq yeridir. Misal;
مَرَرْتُ بِزَيْدٍ فَإِذَا لَهُ صَوْتٌ صَوْتَ حِمَارٍ وَ صُرَاخٌ صُرَاخَ الثُّكْلَى
“Zeydin yanından keçdim, gördüm ki onun səsi eşşək kimi və fəryadı övladı ölmüş qadın kimidir” ifadəsində olduğu kimi. Mef'ul-u mutlaqın qiyasən hazf edildiyi yerlərdən biri də məf'ul-u mutlaqın başqasına ehtimalı olmayan bir cümlənin mənası olaraq istifadə olunan məf'ul-u mutlaq yeridir. Misal;
لَهُ عَلَيَّ أَلْفُ دِرْهَمٍ إِعْتِرَافًا
“Onun mənim üzərimdə 1000 dirhəm haqqı var, bunu etiraf edərək dedim” ifadəsində olduğu kimi. İfadənin təqdiri;
إِعْتَرَفْتُ إِعْتِرَافًا
Bu şəkildədir. Burada “i’tirafen” məsdərinin mənası “Aleyye elfu dirhemin” cümləsi ilə eynidir. Bu hissə məf'ul-u mutlaqın özünü təsdiqləyən hissəsi adlandırılır. Mef'ul-u mutlaqın amilinin qiyasən hazf edildiyi yerlərdən biri də məf'ul-u mutlaqın başqasına ehtimalı olan bir cümlənin mənası olaraq istifadə olunan məf'ul-u mutlaq yeridir. Misal;
زَيْدٌ قَائِمٌ حَقًّا
“Zeyd həqiqətən ayaqdadır” kimi, ifadənin təqdiri;
حَقَّ حَقًّا
Bu şəkildədir. Mef'ul-u mutlaqın bu hissəsi isə başqasını təsdiqləyən adlandırılır. Buradakı “hakkan” sözü “Zeydun kaimun” sözünün eyni deyil. Çünki Zeyd ayaqda olmaya da bilər. Mef'ul-u mutlaqın amilinin qiyasən hazf edildiyi yerlərdən biri də təziniyə olaraq istifadə olunan məf'ul-u mutlaq yeridir. Misal;
لَبَّيْكَ
“Əmrinizə hazıram” və,
سَعْدَيْكَ
“Allah sənə xoşbəxtlik versin” ifadələri kimi. Bu ifadələrin təqdirləri;
أُلِبُّ لَكَ إِلْبَابَيْنِ
أُسْعِدُكَ إِسْعَادًا بَعْدَ إِسْعَادٍ